Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılır

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılır.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:
- mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;
- mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.
“Mühasibat uçotu haqqında” qanunla mühasibat uçotunu elektron formada aparmalı olan mühasibat uçotu subyektlərinin dairəsi müəyyən edilib. Buraya dövriyyəsi yüksək olan iri və orta sahibkarlıq subyektləri, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan publik hüquqi şəxslər, eləcə də fəaliyyəti xüsusi qanunlar əsasında tənzimlənən vergi ödəyiciləri aid edilib.
Təklif olunan qanun layihəsinə əsasən:
- büdcə təşkilatlarında da mühasibat uçotunun elektron formada aparılması təklif olunur;
- mühasibat uçotunun elektron formada aparılmasının təmin olunması üçün “e-mühasibat” informasiya sisteminin tətbiqi təklif olunur.
Qanun layihəsi “e-mühasibat” informasiya sisteminin təmin etməli olduğu məqsədləri müəyyən edir. Belə ki, “e-mühasibat” informasiya sistemi mühasibat uçotunu elektron formada aparacaq mühasibat uçotu subyektləri üçünmaliyyə hesabatlarının elektron qaydada təqdim edilməsi imkanını yaradır, həmçinin onların mühasibat uçotuna dair zəruri resurslara (beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnləri, mühasibat uçotunu tənzimləyən hüquqi aktların rəsmi dərc edilmiş elektron mətnlərinə keçidlər, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatları və maarifləndirici məlumatlar) çıxışını təmin edir.
Qanun layihəsi mühasibat uçotunu elektron formada aparmalı olan subyektlər, o cümlədən büdcə təşkilatları tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyin artırılmasına, uçotun şəffaflaşdırılmasına, nəzarət tədbirlərinin optimallaşdırılmasına, daha operativ və az resurslar cəlb edilməklə həyata keçirilməsinə şərait yaradacaq.
Qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Nicat Novruzoğlu
Digər Xəbərlər
24 Oktyabr 2025 09:50 Naxçıvanda istehlakçılara nə qədər ƏDV məbləği qaytarılıb?
23 Oktyabr 2025 17:37 Bakı metrosuna ayrılan subsidiya 45 %-ə yaxın artırılır
23 Oktyabr 2025 16:17 Gələn il bütün növ əmək pensiyaları artırılacaq
23 Oktyabr 2025 14:08 Aylıq gəliri 8 min manatdan çox olanlar sosial vergini fərqli formada ödəyə bilər
23 Oktyabr 2025 10:19 Lisenziya müqaviləsinin forması və bağlanılma qaydaları təsdiqləndi
23 Oktyabr 2025 10:10 “Quru sərhədlərinin bağlanması Gürcüstanda yaşayan vətəndaşlarımız üçün...”
23 Oktyabr 2025 09:54 Ünvanlı sosial yardım alanlara şad xəbər: Bu qədər artım olacaq
23 Oktyabr 2025 09:11 

Bakı -°C 






