Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılacaq
Azərbaycanda “e-mühasibat” informasiya sisteminin yaradılması nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bu, “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:
- mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;
- mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.
Qeyd edilib ki, “Mühasibat uçotu haqqında” qanunla mühasibat uçotunu elektron formada aparmalı olan mühasibat uçotu subyektlərinin dairəsi müəyyən edilib. Buraya dövriyyəsi yüksək olan iri və orta sahibkarlıq subyektləri, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan publik hüquqi şəxslər, eləcə də fəaliyyəti xüsusi qanunlar əsasında tənzimlənən vergi ödəyiciləri aid edilib.
Təklif olunan qanun layihəsinə əsasən:
- büdcə təşkilatlarında da mühasibat uçotunun elektron formada aparılması təklif olunur;
- mühasibat uçotunun elektron formada aparılmasının təmin olunması üçün “e-mühasibat” informasiya sisteminin tətbiqi təklif olunur.
Qanun layihəsi “e-mühasibat” informasiya sisteminin təmin etməli olduğu məqsədləri müəyyən edir. Belə ki, “e-mühasibat” informasiya sistemi mühasibat uçotunu elektron formada aparacaq mühasibat uçotu subyektləri üçünmaliyyə hesabatlarının elektron qaydada təqdim edilməsi imkanını yaradır, həmçinin onların mühasibat uçotuna dair zəruri resurslara (beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnləri, mühasibat uçotunu tənzimləyən hüquqi aktların rəsmi dərc edilmiş elektron mətnlərinə keçidlər, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatları və maarifləndirici məlumatlar) çıxışını təmin edir.
Qanun layihəsi mühasibat uçotunu elektron formada aparmalı olan subyektlər, o cümlədən büdcə təşkilatları tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyin artırılmasına, uçotun şəffaflaşdırılmasına, nəzarət tədbirlərinin optimallaşdırılmasına, daha operativ və az resurslar cəlb edilməklə həyata keçirilməsinə şərait yaradacaq.
Digər Xəbərlər
13 Sentyabr 2026 13:20
Sabah 33 dərəcə isti olacaq
13 Sentyabr 2026 10:08
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
12 Sentyabr 2026 17:24
Anar Bağırov Moldovada Vəkil Günü tədbirlərində iştirak edib
12 Sentyabr 2026 15:54
"Şuşaya vurulmuşam" - Səfir
12 Sentyabr 2026 15:29
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksini ziyarət etdilər - FOTOLAR
12 Sentyabr 2026 15:26
Hikmət Hacıyev erməni saxtakarlığını belə İFŞA ETDİ - VİDEO
12 Sentyabr 2026 12:30
Sabah 33 dərəcə isti olacaq
12 Sentyabr 2026 12:18


Bakı -°C

