adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Oktyabr 2014 16:50
6103
SAĞLAMLIQ

Azərbaycanda doğuşlarla bağlı meyarlar dəyişdirildi

Azərbaycandavaxtından əvvəl doğulan körpələrlə bağlı meyarlar dəyişdirilib. Adalet.az SəhiyyəNazirliyinə istinadən xəbər verir ki, bu meyarlar Ümumdünya Səhiyyə Təşkilatınıntövsiyəsinə əsasən tibbdə yeni nailiyyətlərin əldə edilməsi ilə əlaqədar tətbiqedilir.

Azərbaycanda Sovet dövründən tətbiq edilən əvvəlki meyarlaragörə, hamiləliyin 28-ci həftəsindən tez doğulan körpələr "uşaq”adlandırılmırdı, onlara "gecikmiş düşük” deyilirdi. Əvvəlki meyarlara görə,hamiləliyin 28-ci həftəsində doğulan, çəkisi 1 kq-dan çox olan və həyatəlamətləri görünən körpələr "diridoğulmuş uşaq” hesab edilirdi.

Yeni meyarlar əsasında isə bu müddət 28 deyil, 22 həftə müəyyənedilib. Artıq hamiləliyin 22 həftəsindən tez olmayaraq doğulan körpənin bədənçəkisi 500 qramdan çoxdursa və onda hər hansı həyat əlaməti - ürək döyüntüsü,nəfəs alma, yaxud əzələlərin hərəkəti müşahidə edilirsə, o, diridoğulmuş uşaqsayılır və tibb işçiləri tərəfindən ona lazımi yardım göstərilir.

Qeyd edək ki, vaxtından əvvəl doğuşların tezliyi inkişaf etmişölkələrdə 6-12 faiz arasında tərəddüd edir. İnkişaf etməkdə olan ölkələrdə isəbu rəqəm daha böyükdür. Vaxtından əvvəl doğuşların təxminən 40 faizihamiləliyin 34-cü həftəsinə qədər, 20 faizi isə 32-ci həftəsinə qədər başverir. Neonatal itkilərin 65 faizinin, uşaq yaşlarında nevroloji pozğunluqların50 faizinin səbəbi vaxtından əvvəl doğuşlardır. Vaxtından əvvəl baş verəndoğuşların 80 faizi özbaşına baş verən doğuşlardır.

Hamiləliyin 32-ci həftəsinə qədər olan doğuşlar (bütündoğuşların 2 faizi) neonatal xəstəliklərin və neonatal ölümlərin əsassəbəblərindən sayılır.