Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları artıb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-iyul aylarında 6,4 milyondan çox sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.
ADY-dən Adalet.az-a verilən məlumata görə, qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6 milyondan çox (16% artım), rayonlararası marşrutlarla isə 347 minə yaxın sərnişin (18% artım) səfər edib.
"Bu ilin iyul ayında isə ümumi sərnişindaşımada (951 mindən çox) 15% artım qeydə alınıb. İyulda Abşeron dairəvi xətti ilə sərnişindaşıma göstəricisi 12% artaraq 876 min, rayonlararası marşrutlarla isə 24,5% artaraq 57 840 nəfərə çatıb", - məlumatda qeyd olunur.
Digər Xəbərlər
13 Sentyabr 2026 13:20
Sabah 33 dərəcə isti olacaq
13 Sentyabr 2026 10:08
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
12 Sentyabr 2026 17:24
Anar Bağırov Moldovada Vəkil Günü tədbirlərində iştirak edib
12 Sentyabr 2026 15:54
"Şuşaya vurulmuşam" - Səfir
12 Sentyabr 2026 15:29
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksini ziyarət etdilər - FOTOLAR
12 Sentyabr 2026 15:26
Hikmət Hacıyev erməni saxtakarlığını belə İFŞA ETDİ - VİDEO
12 Sentyabr 2026 12:30
Sabah 33 dərəcə isti olacaq
12 Sentyabr 2026 12:18


Bakı -°C

