Azərbaycanda dəhşətli qətl: Kişini güllələyib basdırdılar
Sumqayıtda ağır cinayət törədilib.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bir neçə gün əvvəl Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Orta yaşlı kişi əvvəlcə döyülüb, daha sonra güllələnərək öldürülüb. Hadisəni törədən şəxslər meyiti Masazıra apararaq orada basdırıblar.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Qətlə yetirilən şəxsin meyiti basdırıldığı yerdən çıxarılaraq tibbi ekspertizaya təhvil verilib.
Araşdırmalar zamanı qətlə yetirilən şəxsin Abşeron rayonu Masazır qəsəbə sakini, 1977-ci il təvəllüdlü Mircəfərov Zaur Mirdadaş oğlu olması müəyyən edilib.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Digər Xəbərlər
04 May 2024 20:37
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 13:58Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48