Azərbaycanda DƏHŞƏT: Qadın qaynı tərəfindən öldürüldü - YENİLƏNİB
Bərdə rayon Prokurorluğu qadının qaynı tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.
Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, avqustun 5-də saat 08 radələrində Bərdə rayonu, Kələntərli kəndi ərazisində 1991-ci il təvəllüdlü Sədaqət İbrahimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1995-ci il təvəllüdlü Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Azər İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub.
***
Avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Adalet.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qayını 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.
Digər Xəbərlər
01 Yanvar 2026 13:03
“Qarpız” yükünün içərisində narkotik keçirməyə cəhd etdilər - VİDEO
30 Dekabr 2025 17:20
Keçmiş iş yerindən 6 min manatlıq oğurluq etdi
30 Dekabr 2025 13:34
Axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb
30 Dekabr 2025 11:57
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi
29 Dekabr 2025 12:54
Bakıda 803 qutu pirotexniki vasitə aşkarlandı - VİDEO
26 Dekabr 2025 13:32
Abşeronda pirotexniki vasitələr satanlar saxlanıldı
26 Dekabr 2025 10:04
Dələduzluqda ittiham edilərək işi məhkəmədə olan şəxs yenidən eyni əmələ görə saxlanıldı
25 Dekabr 2025 17:30


Bakı -°C

