Dövlət qurumlarının saytlarına qarşı kiberhücumlar edildi - YENİLƏNİB
Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur.
Bu məlumat Adalet.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilib.
"13 oktyabr 2026-cı il tarixində saat 22:00-dan etibarən Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb. Hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilib, Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına 100-dən artıq dövlət domeni hədəfə alınıb.
Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranmışdır. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.
Hazırda qurum tərəfindən kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir".
***
09:03
Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.
Adalet.az xəbər verir ki, hazırda Nazirlər Kabinetinin (nk.gov.az), Fövqəladə Hallar Nazirliyinin (fhn.gov.az), Daxili İşlər Nazirliyi (din.gov.az), Dövlət İmtahan Mərkəzi (dim.gov.az), Səhiyyə Nazirliyinin (sehiyyə.gov.az) və digər dövlət qurumlarının internet resurslarına giriş mümkün deyil.
Problemin səbəbi və nə vaxt aradan qaldırılacağı barədə hələlik məlumat yoxdur.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Digər Xəbərlər
14 Oktyabr 2026 07:10
Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri
14 Oktyabr 2026 07:00
Bakı–Pnompen münasibətləri: siyasi dialoq və strateji əməkdaşlıq imkanları
13 Oktyabr 2026 18:16
Bu yollarda TIXAC VAR- SİYAHI
13 Oktyabr 2026 17:41
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
13 Oktyabr 2026 16:47
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
13 Oktyabr 2026 13:42
Sevinc Fədai: “Cəmiyyətdə sağlam dəyişikliklər yaratmaq üçün maarifləndirməyə ehtiyac var”
13 Oktyabr 2026 12:58
Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqləndi
13 Oktyabr 2026 12:32


Bakı -°C

