Azərbaycanda balıq ovuna qoyulan qadağa başa çatır
Azərbaycanda balıq ovuna tətbiq edilən moratoriumun müddəti bitir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsindən Adalet.az-a daxil olan birgə məlumatda bildirilir ki, balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may 2020-ci il tarixindən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir:
"Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Su Nəqliyyatında Polis İdarəsi ilə birgə sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə etməlidirlər.
Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı "ASAN” Xidmət Mərkəzinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidir. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır".
Digər Xəbərlər
25 May 2026 19:50
Sürücüləri cəzalandırmaq yox, maarifləndirmək istəyirik...
25 May 2026 19:15
Sabah yağış yağacaq
25 May 2026 16:25
İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir
25 May 2026 15:36
Şuşaya ilk köç çatdı - YENİLƏNİB
25 May 2026 12:29
130 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradılıb
25 May 2026 12:17
Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb - FOTOLAR
25 May 2026 12:06
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTOLAR
25 May 2026 11:55


Bakı -°C

