adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Noyabr 2016 20:00
7442
GÜNDƏM

Azərbaycanda anaların iş saatı azaldıldı

Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılıb.

Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, dövlət qulluğunda olan 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün iş saatının həftədə 36 saat müəyyən edilməsi nəzərdə tutulub.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.