Azərbaycanda 8 yaşlı uşağı ilan sancıb
Göyçayda ilansancma hadisəsi baş verib.
Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qarabaqqal kəndində qeydə alınıb.Kənd sakini, 2009-cu il təvəllüdlü Fətullayev Zahid Ramin oğlu yaşadığı evin həyətində oynayarkən meyvə ağacının budağına çıxan ilandan xəbərsiz olub və ilan uşağın başından sancıb. Səkkiz yaşlı uşaq təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Uşağın vəziyyətinin ağır olduğu bildirilir.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02