Azərbaycanda 736 əkiz, 42 üçəm doğulub
Bu ilin ilk üç ayı ərzində Azərbaycanda 736 əkiz, 42 üçəm doğulub.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22119 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,8-ə düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,5 faiz olub. Doğulan körpələrdən 736-sı əkiz, 42-si isə üçəm olub.
Digər Xəbərlər
17 Noyabr 2026 13:16
Ayın 18-də bu ərazilərə qar yağacaq - Proqnoz verildi
17 Noyabr 2026 11:17
“Hazırda işğaldan azad olunan ərazilərimizdə 100 minə yaxın vətəndaşımız yaşayır”
17 Noyabr 2026 10:29
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
17 Noyabr 2026 08:02


Bakı -°C

