Azərbaycanda 3 gün ərzində 72 qanunsuz miqrant saxlanılıb
Son üç gündə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 72 əcnəbi saxlanılıb.
Dövlət Xidmətindən Adalet.az-a verilən məlumata görə, onlardan 68 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 2-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-nin isə Azərbaycan Respublikasının ərazisinə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları - səyyar ticarətlə məşğul olduqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 47 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
DMX qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06