adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 May 2017 14:45
3559
HADİSƏ

Azərbaycanda 142 qida zəhərlənməsi baş verib

Bu haqda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, nəticədə 220 nəfər zərər çəkib, 3 nəfər ölüb.

"Yanvar-mart ayları ərzində 10 botulizm hadisəsi baş verib. Nəticədə 20 nəfər zəhərlənib.

Təkcə bu ilin aprel ayı ərzində 39 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 58 nəfər zərər çəkib”.

Həmçinin, 2 botulizm hadisəsi baş verib ki, bundan da 5 nəfər zəhərlənib.