Azərbaycan-Argentina əməkdaşlığı müzakirə edilib
Xarici işlər naziri Elmar Məmmədyarov V Bakı Qlobal Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Argentinanın sabiq vitse-prezidenti Xulio Sezar Kobos və Deputatlar Palatasının Beynəlxalq Münasibətlər Komitəsinin baş direktoru Xuan de Dios Sinkuneqini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Argentina arasında münasibətlərin hazırkı durumundan məmnunluq ifadə edilərək, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından perspektiv vəd edən sahələr barəsində fikir mübadiləsi aparııb. Xüsusilə, kənd təsərrüfatı, enerji sektoru, alternativ enerji mənbələri və infrastruktur sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğu qeyd edilib.
Azərbaycan və Argentina arasında çoxtərəfli platformada da yüksək səviyyəli münasibətlər qurulduğu vurğulanaraq, BMT çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi haqqında danışılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafinda geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39