Azərbaycan-Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirdi
Mayın 25-də Azərbaycan-Amerikan Tibb Assosiasiyasının təşkilatçılığı ilə Vaşinqtonda "Tibb işçiləri arasında körpünün yaradılması” adlı konfrans keçirilib.
Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində (USACC) keçirilmiş konfrans ilk dəfə olaraq 40-dan çox azərbaycanlı həkimi bir araya gətirib. Tədbir iştirakçıları dünyanın bir çox ölkələrindən, o cümlədən ABŞ, Kanada, Türkiyə, Almaniya, Rusiya və Azərbaycandan qatılıblar.
Konfransın keçirilməsində məqsəd səhiyyə sahəsində çalışan peşəkarlar arasında əməkdaşlığı təşviq etmək, eləcə də ABŞ və Azərbaycan səhiyyə xidmətində yenilikləri müzakirə etmək olub.
Tədbiri Assosiasiyanın prezidenti Rauf Şahbazov açıb.
Sonra Assosiasiyanın İcraçı direktoru və Direktorlar Şurasının üzvü Elgün Məmmədov tədbir haqqında məlumat verərək, konfransın, eləcə də təşkilatın məqsəd və vəzifələrindən danışıb.
Təşkilatın vitse-prezidenti Feredun Azəri təşkilatın yaranma tarixindən və keçirdiyi tədbirlərdən bəhs edib.
Daha sonra iştirakçılar ABŞ və Azərbaycanın səhiyyə xidmətində yenilikləri müzakirə ediblər. Eyni zamanda, tədbir iştirakçıları ABŞ-a xaricdən gəlmiş tibb işçilərinin qarşısına çıxan imkanlardan və üzləşdikləri çətinliklərdən danışıblar. ABŞ-da uğurlu karyera quran tibb işçiləri öz təcrübələrindən söhbət açıblar. Konfrans iştirakçılara sertifikatların təqdim edilməsi və sosial proqramla yekunlaşıb.
Konfrans PNC Bank, Meridian Integrated Business Solutions, ABŞ-Azərbaycan Ticarət Palatası (USACC), Comprehensive Sleep Diagnostics, San-Antonio Dental Center, LifeLine Medical Imaging təşkilatlarının sponsorluğu, eləcə də Amerikadakı azərbaycanlı icmanın bir qrup üzvlərinin fərdi ianələri hesabına təşkil edilib.
Azərbaycan-Amerika Tibb Assosiasiyası 2017-ci ildə Amerikada yaşayan səhiyyə sahəsində fəaliyyət göstərən bir qrup azərbaycanlı mütəxəssis tərəfindən yaradılıb. ABŞ-ın Virciniya ştatında qeydiyyatdan keçmiş təşkilatın məqsədi dünyada yaşayan azərbaycanlı və Amerikan tibb işçilərini bir araya gətirərək, onların arasında səhiyyə xidməti, tibbi təhsil və peşəkar təlim işlərinin koordinasiyasını həyata keçirməkdir.
Təşkilat, həmçinin müxtəlif təqaüd proqramları və təlimlər vasitəsilə Azərbaycanda tibb sahəsində təhsil alan tələbələr üçün imkanlar yaradır.
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47