adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Iyun 2020 19:00
44801
KRİMİNAL

Azərbaycana qanunsuz yolla siqaret və dərman preparatları keçirmək istədi

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi DAF markalı yük nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Sorğu-sual zamanı sürücü idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda ön şitin arxasında və mühərrikin üst hissəsindəki hava filtirinin içərisində gömrük nəzarətindən gizlədilən 1800 ədəd "Marlboro Touch” markalı siqaret, üzərlərində "Xarelto 20 mg” yazısı olan 1400 ədəd həb və "Proluton Depot 50mg/2 ml” yazısı olan 400 ampuladan ibarət dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.