"Azərbaycana bir neçə milyard dollarlıq silah-sursat vermişik" - Paşinyan
"Azərbaycana bir neçə milyard dollarlıq silah-sursat vermişik".
Adalet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
Baş nazir 44 günlük müharibə və antiterror əməliyyatından sonra Azərbaycanın separatçı rejimdən müsadirə etdiyi silah-sursatları xatırladaraq deyib: "2020-ci ildən sonra Qarabağa 1 milyard dollardan çox pul verdik. Həmin şəraitdə belə bizi vətənə xəyanətdə ittiham edən Qarabağın qarafeodal elitasının nümayəndələri iki saat ərzində təslim oldular. 2 saat ərzində Ermənistan xalqının çəkdiyi əziyyətlər bahasına əldə edilən bir neçə milyard dollarlıq silah-sursatın sıra ilə, işlək vəziyyətdə Azərbaycana təhvil verilməsi kiçik məsələ deyil.
Klerikal-feodal elitasına açıq şəkildə demək istəyirəm ki, siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz, çünki siz əslində xalqdan doğan və xalqdan qidalanan legitimlik qarşısında acizsiniz".
Digər Xəbərlər
27 Mart 2026 19:00
Rusiya yeraltı müharibəyə hazırlaşır - ŞOK İDDİA
27 Mart 2026 18:51
ABŞ bazalarının koordinatlarını hamı bilir - Lavrov
27 Mart 2026 18:21
“İraqdakı kimi rejimi bəhanə edib İslamın tarixini silməyə yönəlmiş bütün növ fəaliyyət...”
27 Mart 2026 18:09


Bakı -°C

