Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında son oyununu keçirəcək.
Adalet.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda mübarizə aparan yığma Bakıda Farer adaları kollektivini qəbul edəcək. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Matçı İsveçdən olan FIFA referisi Lovisa Yohansson idarə edəcək. Onun köməkçiləri Kamilla Stendal və Yilan Taher olacaq. Dördüncü hakim funksiyasını isə Maral Mirzai Beni yerinə yetirəcək.
Bu qrupun digər oyununda isə Kipr seçməsi səfərdə Monteneqronun qonağı olacaq.
Qeyd edək ki, beş turdan sonra 13 xalı olan Azərbaycan millisi 13 xalla həm qrup liderliyini, həm də B Liqasına vəsiqəni təmin edib. Xalı olmayan Farer adaları isə sonuncu pillədə qərarlaşıb.
UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
5 dekabr
19:00. Azərbaycan – Farer adaları
Baş hakim: Lovisa Yohansson
Bakı, “Dalğa Arena”.
Digər Xəbərlər
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11
Avropa Liqası: "Milan" "Benfika"ya uduzdu - VİDEO
16 Sentyabr 2026 17:30
“Kəpəz”dən azarkeşlərinə xəbərdarlıq
16 Sentyabr 2026 17:20
"Beşiktaş"da ciddi itki
16 Sentyabr 2026 16:45
Zubir: "Qurban Qurbanovla işlədiyim müddətdə çox şey öyrəndim"
16 Sentyabr 2026 16:18
Şahin Mustafayev yenə bu Federasiyanın prezidenti seçildi
16 Sentyabr 2026 15:47
"Arda Güler yeni Messidir, bütün planet görür" - VİDEO
16 Sentyabr 2026 13:10


Bakı -°C

