adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 May 2016 13:48
9286
ƏDƏBİYYAT

Azərbaycan yazıçıları Türkiyədə keçirilən festivalın qonağı olublar

AzərbaycanYazıçılar Birliyinin sədri Anar, Gənclər üzrə katibi Rəşad Məcid və yazarPərvin Nurəliyeva Türkiyədə keçirilən "Kitab günləri” festivalının qonağıolublar. Adalet.az Türkiyə mətbuatına istinadən bildirir ki, tədbirdə Anarçıxış edərək Azərbaycan və Türkiyə ədəbi-mədəni münasibətlərin inkişafındandanışıb, iki ölkəni bir-biri ilə daha da bağlayan ziyalılardan, ədiblərdənnümunə çəkib. Mirzə Fətəli Axundzadənin "Aldanmış Kəvakib” əsərinin nəinkiAzərbaycanda, bütöv türk ədəbiyyatında nəsrin başlanğıcı olduğunu deyib.Atatürkün yaxın silahdaşlarından olan Əhməd Ağayev və Hüseyn Əlizadənin türkdünyasının iki önəmli yazarlarından olduğunu diqqətə çatdırıb. Bundan başqa,Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, NərimanNərimanov kimi qələm ustalarının ümumtürk ədəbiyyatına verdiyi töhfələrdəndanışıb.

Həmçinin, Sovetlər Dönəmində iki qardaş ölkə ədəbiyyatının bir-birindən ayrısalınmasına toxunub, şair Nazim Hikmətin böyük ümidlərlə getdiyi Rusiyada məyusvə peşman olduğunu vurğulayıb.

Dahasonra çıxış edən Rəşad Məcid Azərbaycan oxucusunun heç bir əngələ baxmadan daimtürk yazarların əsərlərini oxuduğunu, sevdiyini diqqətə çatdırıb. Hətta özadının da valideynlərinin Rəşad Nuri Güntəkinin əsərini oxumasından sonra buböyük yazıçının şərəfinə adlandırıldığını vurğulayıb.

Tədbirazərbaycanlı yazıçıların kitablarını imzalamasıyla sona çatıb.