adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Avqust 2019 17:27
15071
ƏDƏBİYYAT

Azərbaycan Yazarlar Klubu qərb bölgəsində silsilə tədbirlər keçirib

Avqustun2-si, 3-ü və 4-də bir qrup tanınmış yazar qərb bölgəsinə səfər edib vəErmənistanla həmsərhəd kəndlərin nümayəndələri və hərbçilərlə görüşüblər.

Busilsilə tədbirlər "Azərbaycan YazarlarKlubu” İctimai Birliyinin "Cəbhəni qariş-qarış!” layihəsi çərçivəsində,Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiŞurasının qrantı əsasında gerçəkləşdirilib.

İktədbir avqustun 2-də Tovuz rayonundakı Heydər Əliyev Mərkəzində olub.

TədbiriRayon icra hakimiyyəti başçısının müavini Təranə Bayramova açıb. O, qonaqlarısalamladıqdan sonra səfərin məqsədi barədə yığcam məlumat verib.

"Cəbhəniqarış-qarış!” layihəsinin rəhbəri "Azərbaycan Yazarlar Klubu”nun sədri,yazıçı-dramaturq-publisist Elçin Hüseynbəyli öz çıxışında qeyd edib ki, oxşarlayihə 4-cü ildir ki, keçirilir və cəbhəbölgəsində yaşayan həmvətənlərimizə dəstək məqsədi daşıyır. "Məkrli düşmənəqarşı hərbçilərimiz silahla, yazarlarımız isə qələmlə döyüşür” deyənE.Hüseynbəyli hər görüşün onların yaradıcılığına yeni impulslar verdiyini qeydedib.

Azərbaycan Yazıçılar Birliyinin hərbivətənpərvərlik komissiyasının sədri,şair-bəstəkar Şahin Musaoğlu, Əli Kərim adina Sumqayıt poeziya evinin direktoru,şair İbrahim İlyaslı, AYB Qazax regional bölməsinin rəhbəri, əməkdar İncəsənətxadimi, şair Barat Vüsal,Azərbaycan-Türkiyə Dostliq Cəmiyyətinin əlaqələndiricisi, şair İlqartürkoğlu eləcə də yerli qələm adamları torpaqlarımızın işğalı ilə barışmağın mükünsüzlüyünübildirib, bu münaqişənin ədalətlə bitəcəyinə inandıqlarını ifadə edib vəvətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Əsrikkəndinin sakini Maarif Həsənoğlu və başqaları öz çıxışlarında yazarlarınregiona səfərini çox dəyərləndirdiklərin və bu cür görüşlərin mütəmadi olmasınıarzulayıblar.

Avqustun3-də yazıçılar Qazax rayonu ərazisində yeləşən "Yeni qəsəbə” məcburi köçkünşəhərciyinə səfər ediblər.

Görüşüaçan RİH başçısının müavini Gülaya Həsənova qonaqları salamladıqdan sonra qeydedib ki, Ermənistanla həmsərhəd 7 kəndin əhalisinin məskunlaşdığı qəsəbə bütünmüasir standartlara cavab verir və daim rayon rəhbərliyinin nəzarətindədir.

O,yazıçı və şairlərin böyük mütəfəkkirlərvə sərkərdələr diyarına gəlişiniəlamətdar hadisə kimi dəyərləndirib və qeyd edib ki, bu cür görüşlər insanlardagəlcəyə nikbin baxmağa imkan verir.

"Dövlətimizməcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün böyük işlər görür,amma hətta cənnət belə, insanların yurd həsrətini əvəz edə bilməz” –deyə görüşiştirakçılarından biri qeyd edib.

ŞairBarat Vüsalın qəhrəman döyüşçü qadın Qaratelə həsr etdiyi şeir tədbiriştirakçılarını xeyli duyğulandırıb.

YuxarıƏskipara kəndinin ahıl sakini Nüsrəddin Hacıyev bildirib ki, ermənilərnarxasında böyük güclər dayanır və beynəlxalq hüquq da onların əlindədir. "Ammanə olur olsun, ermənilərin arxasında kim dayanır dayansın, biz tezliklə yurdumuza qayıdacağıq” - deyə obildirib.

Eləhəmin gün yazarlar regionda yerləşən hərbi hissələrdən birinin qonağı olublar.

Hərbivətənpərvərlik mövzusunda yazdığı bəstələrlə məşhuir olan bəstəkarŞahin Musaoğlu deyib ki, tankçılara həsr etdiyi yeni mahnı bu yaxınlardaictimaiyyətə təqidm olunacaq.

"Əgərdüşmənlə üzbəüz dayandığımız belə bir məqamda məkrli qonşularımız tərəfdən hərhansı təxribat olarsa, biz də sizinlə birlikdə döyüşəcəyik” deyə şair İlqarTürkoğlu bildirib.

Şairİbrahim İlyaslı hərbçilərə sevgi barədə yazdığı şeiri oxuyub və alqışlarqazanıb.

Hərbçilərbu görüş üçün yazarlara minntədarlıqlarını dilə gətiriblər.

Qeydolunan görüşlər zamanı mərasim iştirakçılarına hərbi vətənpərvərlik mövzusunda200-dən yuxarı kitab və disk, eləcə də məşhur qələm adamlarının əsərləri,bloknotlar və qələmlər hədiyyə edilib.

Avqustun4-də yazarlar Qazax rayonunun Ermənistanla həmsərhəd olan ən ucqar kəndlərinəsəfər edib və yerli sakinlərlə görüşüblər.