Azərbaycan Vinq Çun Federasiyası "Heydər Əliyev ili"-nə həsr olunan "Açıq Bakı Turniri" keçirib
Azərbaycan Vinq Çun Federasiyası "Heydər Əliyev ili"-nə həsr olunan "Açıq Bakı Turniri" keçirib.
Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə keçirilən yarışda, idmançılar iki versiyada – “vinq çun-kontakt” və “vinq çun-taolu” üzrə gücünü sınayıblar. Ümumilikdə 21 çəki dərəcəsində uşaq, yeniyetmə, gənclər və böyüklər arasında gərgin mübarizə gedib.
Yarışın açılış mərasimində bir sıra federasiya rəsmiləri, TV və mediya nümayəndələri, veteran idmançılar iştirak ediblər. Federasiyanın prezidenti, Respublikanın əməkdar məşqçisi Asif Sayadov açılış nitqi ilə çıxış edərək Ulu öndərin həyatından, onun idman siyasətindən gənc idmançılara məlumat verib. Eyni zamanda gələcək aylarda keçiriləcək mötəbər yarışlardan danışıb.
Daha sonra Federasiyanın vitse-prezidenti Mahmud Mehtioğlu, Baş hakim Şahin Mustafayev, Baş məşqçi Arzuman Rəsulzadə çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Turnirdə federasiyanın üzvü olan klub və filiallardan ümumilikdə 200-ə yaxın atlet iştirak edib.
Şəlalə Camal
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

