adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 May 2015 11:39
5771
KRİMİNAL

Azərbaycan vergidən yayınan daha iki nəfəri axtarışa verdi

Azərbaycanda vergidən yayınan daha iki nəfər beynəlxalq axtarışa verilib.


Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 37 yaşlı Fərid Quliyev və 34 yaşlı Emin Ağalarov külli miqdarda vergi ödəməkdən yayınmaqda təqsirləndirilirlər. Ölkəni tərk etdikləri üçün onların barəsində dövlətlərarası axtarış elan edilib.

Hazırda onların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda son vaxtlar vergidən yayınan xeyli şəxs barəsində axtarış elan olunub.