Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb:
"Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı tərəflər, qarşılılıq maraq doğuran digər məsələlər də müzakirə edilib", - məlumatda qeyd edilir.
Digər Xəbərlər
03 Iyul 2026 20:37
Xankəndi Bəyannaməsi qəbul edildi
03 Iyul 2026 19:54
Azərbaycan regionun innovasiya mərkəzlərindən birinə çevrilir”
03 Iyul 2026 19:40
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib - VİDEO + YENİLƏNİB
03 Iyul 2026 15:11
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
03 Iyul 2026 13:51
“Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni mərhələyə qədəm qoyur” - DEPUTAT
03 Iyul 2026 13:33
Hikmət Hacıyev Ceffri Saks ilə görüşüb
03 Iyul 2026 13:28
Milli Məclisin növbəti iclasının gündəliyi
03 Iyul 2026 12:53


Bakı -°C

