Azərbaycan və Türkiyə HDQ nümayəndələri Bakıda görüşdü
Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) Naviqasiya Hidroqrafiya və Okeanoqrafiya İdarəsinin nümayəndə heyəti Azərbaycana səfər edib.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, Azərbaycan HDQ-nin qərargahında keçirilən görüş zamanı yeni nəsil elektron naviqasiya məlumatlarının hazırlanması, beynəlxalq standartların tətbiqi və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.
Səfər proqramı çərçivəsində Türkiyə nümayəndə heyəti Azərbaycan HDQ-sinin Hidroqrafiya İdarəsinin mütəxəssisləri ilə hidroqrafik məlumatların toplanması və emalı, S-101 ENC xəritələrinin hazırlanması, eləcə də S-100 çərçivəsində rəqəmsal naviqasiya sistemlərinin inkişafı mövzularında fikir mübadiləsi aparıb, təcrübələrini bölüşüblər.
Tərəflər bu kimi görüşlərin Azərbaycan və Türkiyə arasındakı mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə, iki ölkə arasında hidroqrafiya, naviqasiya və okeanoqrafiya sahələrində birgə fəaliyyət imkanlarının genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.
Digər Xəbərlər
11 Dekabr 2025 18:30
Macarıstan Prezidenti Ceyhun Bayramovu qəbul etdi - YENİLƏNİB
11 Dekabr 2025 18:16
Samir Nuriyev hökumət üzvlərinə tapşırıqlar verdi - FOTOLAR
11 Dekabr 2025 15:59
İlham Əliyev Sərdar Berdiməhəmmədova təbrik ünvanladı
11 Dekabr 2025 15:55
Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir
11 Dekabr 2025 13:38
“Bu məsələ Ramiz Mehdiyevlə əlaqədə olan şəxslərə də...”
11 Dekabr 2025 13:20
Laszlo Köver TÜRKPA Baş katibini qəbul edib
11 Dekabr 2025 12:30
Prezident Berdiməhəmmədova zəng etdi - Türkmənistana gedə bilməyəcək
11 Dekabr 2025 11:40


Bakı -°C

