“Qərb Ermənistan üzərindən regiona təsirini möhkəmlətmək istəyir” - Politoloq
“Avropa İttifaqı Ermənistanla imzaladığı sənətdə Azərbaycana qarşı hər nə qədər də hər hansı bir təxribatın, yaxud da ki, uyğunsuz ifadələrin, fikirlərin olmadığını bildirsə də əslində belə deyil. Reallıq budur ki, ordakı bir sıra nüanslar, xüsusən də Qarabağda yaşamış ermənilərə qaçqın statusuunun verilməsi, onların həmin ərazilərə geri qaytarılması kimi fikirlərə düşməsi də əslində bir növ Qərbin və Ermənistanın Azərbaycanla bağlı sabit fikirdə olmadığı, riyakar yanaşmaları özlərində ehtiva etdiyininin bariz nümunəsidir”.
Bunu Adalet.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
“Yəni beynəlxalq hüquqla təsbit olunan bir sıra nüanslar burada artıq keçərsiz olur. Qərb Ermənistan üzərindən regiona təsirini möhkəmlətmək istəyir. Hesab edirəm ki, Azərbaycan nöqteyi-nəzərindən razı qalınacaq bir məsələ deyil. Ermənistanın da bu cür hərəkətləri 8 avqust 2025-ci il Vaşinqton anlaşmasına zidd olaraq görülə bilər. Bu isə həmin prinsipləri pozmaq deməkdir. O baxımdan düşünürəm ki, Ermənistanın belə avantürist siyasətə baş qoşması nəticə etibarı ilə onu Azərbaycanla qarşı-qarşıya qoya bilər. Yaxud da Qərb ölkələrinin Azərbaycanla və regionla bağlı məkirli planları Ermənistan üzərindən həyata keçirilə bilər”, - deyə politoloq bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Dekabr 2025 18:30
Macarıstan Prezidenti Ceyhun Bayramovu qəbul etdi - YENİLƏNİB
11 Dekabr 2025 18:16
Samir Nuriyev hökumət üzvlərinə tapşırıqlar verdi - FOTOLAR
11 Dekabr 2025 15:59
İlham Əliyev Sərdar Berdiməhəmmədova təbrik ünvanladı
11 Dekabr 2025 15:55
Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir
11 Dekabr 2025 13:38
“Bu məsələ Ramiz Mehdiyevlə əlaqədə olan şəxslərə də...”
11 Dekabr 2025 13:20
Laszlo Köver TÜRKPA Baş katibini qəbul edib
11 Dekabr 2025 12:30
Prezident Berdiməhəmmədova zəng etdi - Türkmənistana gedə bilməyəcək
11 Dekabr 2025 11:52


Bakı -°C

