Azərbaycan və Türkiyə arasında səhiyyə üzrə "Yol Xəritəsi" imzalanıb - FOTO
Səhiyyə naziri Teymur Musayevlə türkiyəli həmkarı Fahrettin Koca "Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi"ni imzalayıblar.
Səhiyyə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, "Yol Xəritəsi"nin gələcək əməkdaşlıq istiqamətində əhəmiyyətini vurğulayan qardaş ölkələrinin səhiyyə nazirləri imzalanan sənədin Türkiyə və Azərbaycan səhiyyə sektorunun inkişafı yolunda mühüm rol oynayacağını diqqətə çatdırıblar.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına iki günlük səfəri başlayıb. Səfər çərçivəsində Türkiyənin Səhiyyə Nazirliyində nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
05 Oktyabr 2026 13:26
İlham Əliyev Malayziyaya səfərə dəvət olunub
05 Oktyabr 2026 12:47
Prezident Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
05 Oktyabr 2026 12:05
Prezident Ettienn Berxtoldu qəbul etdi - FOTOLAR
05 Oktyabr 2026 10:42
Jalə Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib
05 Oktyabr 2026 10:23
İran Azərbaycana qarşı davranışının cavabını almalıdır – Politoloq
05 Oktyabr 2026 10:23
“O, Putinlə son görüşündə açıq bildirib ki, müharibəni dayandırmaq lazımdır...”
05 Oktyabr 2026 09:00
ƏDALƏTİN BƏRPASI: AZƏRBAYCANIN SUVERENLİYƏ APARAN YOLU
04 Oktyabr 2026 23:51


Bakı -°C

