Azərbaycan və Macarıstan arasında siyasi məsləhətləşmələr aparılıb
Budapeşt şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında siyasi məsləhətləşmələrin birinci iclası keçirilib.
Bu barədə Adalet.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Macarıstan nümayəndə heyətinə xarici işlər və ticarət nazirinin müavini Boqlarka İlles rəhbərlik edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində mövcud səmərəli əməkdaşlığın daha da genişləndirilməsinin perspektivlərinə toxunulub. Bu çərçivədə, cari ilin 21 may tarixində Budapeştdə TDT-nin qeyri-rəsmi Zirvə toplantısına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Macarıstana təşəkkür edilib, 7 oktyabr tarixində Qəbələ şəhərində keçirilmiş TDT-nin 12-ci Zirvə toplantısında aparılmış müzakirələr və qəbul edilmiş qərarların əhəmiyyəti vurğulanıb.
Məsləhətləşmələr zamanı Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında cari ilin 8 avqust tarixində Vaşinqton şəhərində keçirilmiş Zirvə görüşünün nəticələri təqdir olunub, bölgədə sülhün yaradılması, regional əməkdaşlığın inkişafı perspektivləri haqqında qarşı tərəfə məlumat verilib.
İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, habelə bərpa və yenidənqurma işlərinə Macarıstanın göstərdiyi dost dəstəyinə görə minnətdarlıq ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər qlobal, regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində F.Rzayev, həmçinin Macarıstanın digər bir sıra rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də aparıcı araşdırma mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa formatında baş tutan müzakirələrdə iştirak edib.
Digər Xəbərlər
09 Noyabr 2025 13:20
Üçrəngli Bayrağımız dövlətçiliyimizin simvoludur
09 Noyabr 2025 13:19
“Azətbaycan Ordusu sülhün və təhlükəsizliyin qarantıdır”
09 Noyabr 2025 13:06
Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır - Prezident
09 Noyabr 2025 13:02
Türkiyə XİN-dən Bayraq Günü ilə bağlı təbrik paylaşımı
09 Noyabr 2025 09:00
Prezidentdən Bayraq Günü TƏBRİKİ - FOTO
09 Noyabr 2025 08:33
"Ermənistan artıq sülh sazişi üçün real addımlar atır" - Ceyhun Bayramov
09 Noyabr 2025 08:20
Prezidentdən hərbi paradla bağlı paylaşım - VİDEO
08 Noyabr 2025 19:00


Bakı -°C

