Elnur Məmmədov Niderlandın xarici işlər nazirinin müavini ilə görüşüb
Niderlandda səfərdə olan Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Niderland Krallığının xarici işlər nazirinin müavini Marsel de Vink ilə görüşüb.
Bu barədə Adalet.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə son müddətdə iki ölkə arasında yüksək səviyyədə baş tutmuş təmasların, xüsusilə də Kopenhaqen şəhərində keçirilmiş “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplatısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Niderland Krallığının Baş naziri Dik Sxof arasında keçirilmiş görüşün əlaqələrin inkişafı üçün müsbət zəmin yaratdığı qeyd olunub.
Tərəflər mütəmadi siyasi dialoqun, bu çərçivədə xarici işlər nazirləri arasında beynəlxalq platformalar çərçivəsində görüşlərin, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması üçün cari ilin fevral ayında nazir müavini Marsel de Vinkin Bakıya səfərinin və qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün mövcud imkanlar ətrafında fikir mübadiləsi aparılıb, iqtisadi əməkdaşlığın iki ölkə arasında əlaqələrdə mühüm yer tutduğu qeyd olunub və Niderland şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən məmnunluq ifadə olunub.
İkitərəfli və çoxtərəfli gündəlikdə olan mövzular, habelə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər, o cümlədən post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, sülh prosesi və tarixi Vaşinqton görüşünün nəticələri də görüşdə diqqət mərkəzində olub.
Nazir müavini Elnur Məmmədov Azərbaycanın bölgədə davamlı inkişaf və sabitlik naminə atdığı addımlar barədə qarşı tərəfə məlumat verib.
Digər Xəbərlər
15 Oktyabr 2026 16:20
Bakı Bəyannaməsi qəbul olundu
15 Oktyabr 2026 16:17
Prezident Türkiyənin xarici işlər nazirini qəbul etdi
15 Oktyabr 2026 16:03
Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdilər - FOTOLAR
15 Oktyabr 2026 15:42
Bakıda liderlərin səmimi görüntüləri - VİDEO
15 Oktyabr 2026 14:53
Azərbaycan və Laosun mina probelmi ilə mübarizədə təcrübə mübadiləsi üçün imkanlar yaranıb
15 Oktyabr 2026 14:36
Hakan Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik
15 Oktyabr 2026 14:25
"Azərbaycan AQEM-ə səmərəli sədrlik edir" - İqor Sergeyenko
15 Oktyabr 2026 14:21


Bakı -°C

