Azərbaycan və Ermənistan Kəlbəcərdə demarkasiyaya BAŞLADI
Azərbaycan və Ermənistan tərəfləri bir neçə gün öncə Geqarkunik bölgəsindəki Zod mədənində demarkasiya işlərinə başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Erməni KİV yazıb.
Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi məlumatı təsdiqləyib: "Zod mədəninin sərhəd hissəsində Ermənistan və Azərbaycan Respublikasının nümayəndələri tərəfindən birgə sahə tədqiqat işləri aparılmışdır.
Sərhəd demarkasiyası ilə bağlı işlər Ermənistan Respublikasının qanunvericiliyi və parlament tərəfindən təsdiq edilmiş “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət sərhədinin demarkasiyası və Sərhəd Təhlükəsizliyi Məsələləri üzrə Komissiyanın və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnamə ilə tənzimlənir".
Qeyd edək ki, Zod qızıl yatağnın bir hissəsi Kəlbəcər rayonunun ərazisinə düşür.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

