Azərbaycan universitetlərində təhsil haqları - SİYAHI

Azərbaycanda qəbul imtahanları yaxınlaşdıqca, ali məktəb seçimləri başlayır. Ali məktəb seçimində isə təhsil haqqı bəzən həlledici rol oynayır.
Adalet.az -ın məlumatına görə,Fins.azbu mövzunun əhalinin böyük hissəsi üçün əhəmiyyətini nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdəki təhsil haqlarını açıqlayır:
ADA Universiteti:
Bakalavr təhsili
Beynəlxalq əlaqələr - 6 min manat
beynəlxalq təhsil fakültələrində - 6 min manat
Biznesin idarə edilməsi - 6 min manat
kompüter elmləri - 6 min manat
kompüter mühəndisliyi - 6 min manat
informasiya texnologiyaları - 6 min manat
sistem mühəndisliyi– 6,5 min manat
Magistr təhsili
Təhsilin idarə olunması - 5,5 min manat
Diplomatiya və beynəlxalq münasibətlər - 6,5 min manat
İctimai siyasət fakültələrində - 6,5 min manat
Biznesin idarə edilməsi (MBA) – 8,5 min manat
EMBA - 28 min manat
Dillər Universiteti
Fakültələr üzrə illik təhsil haqqı 1 – 2,5 min manat arasında dəyişir.
Ən yüksək təhsil haqqı olan fakültələr
Regionşünaslıq – 2,5 min manat
Beynəlxalq münasibətlər – 2,5 min manat
İngilis dili müəllimliyi – 2,5 min manat
İngilis dili filologiyası – 2,5 min manat
İngilis dili tərcümə – 2,5 min manat
Ən aşağı təhsil haqqı isə alman və fransızdilli ixtisaslardır - 1000 manat.
Texniki Universiteti
Menecment fakültəsi - 1600 manat,
Avtomatika fakültəsi - 1600 manat,
Maşınqayırma fakültəsi- 1500 manatdır.
Qafqaz Universitetində
Təhsil haqları tələbələrin topladıqları ballara uyğun müəyyən edilir. İxtisas seçimində Qafqaz Universitetini 1-ci seçim edənlərə 10% güzəşt edilir.
Digər Xəbərlər

Elm və Təhsil Nazirliyinə 71 938 vətəndaş müraciəti daxil olub

1071 abituriyent jurnalist olmaq üçün qabiliyyət imtahanı verəcək

MİQ üzrə vakansiya seçiminin başlanacağı tarix məlum oldu
