Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl universitet kollektivi Fəxri Xiyabanda olub, Heydər Əliyevin məzarını ziyarət edib. Ümummilli liderin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.
Universitetin tədris binasında keçirilən anım tədbirində ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz tarixi xidmətlərinə nəzər salınıb. Həmçinin ümummilli liderin Azərbaycanın müstəqilliyini möhkəmləndirən strateji qərarları, milli inkişaf yolunu müəyyənləşdirən tarixi irsi, Azərbaycan elmi və təhsilinin inkişafına qayğısı diqqət mərkəzində olub.
Tədbir Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımovun açılış nitqi ilə başlayıb. Prorektor qeyd edib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyi tarixinə silinməz izlər qoyub, böyük dövlət xadimi, strateq və vətənpərvər kimi ölkənin taleyində həlledici rol oynayıb. Azərbaycanın son 30 illik tarixinin hər səhifəsində onun imzası aydın görünür. Ümummilli liderin 1990-cı illərin ortalarından etibarən kərpic-kərpic qurduğu inkişaf strategiyasının real nəticələri artıq özünü göstərir. Məhz həmin strateji kurs sayəsində Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edib, tam suverenliyini təmin edib və bu gün müstəqil dövləti, bayrağı və himni ilə qürur duyur.
Açılış nitqinin ardından AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımovun “Ulu öndər Heydər Əliyev və elmin inkişafı” və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyevin “Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyini möhkəmləndirmək tədbirləri” mövzusunda məruzələri dinlənilib. Məruzələrdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin dayanıqlı əsaslarının formalaşdırılması, elm və təhsil sahəsində apardığı islahatlara müxtəlif aspektlərdən əhatəli şəkildə nəzər salınıb, ümummilli liderin elmi potensialın gücləndirilməsi, elmi müəssisələrin modernləşdirilməsi və alimlərin fəaliyyətinə göstərdiyi yüksək diqqət xüsusi vurğulanıb.
Biznes və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilən anım tədbiri fakültənin tələbələri Aytən Aslanova və Nəzrin Məmmədzadənin “Ulu öndər Heydər Əliyevin iqtisadi islahatları” mövzusunda təqdimatları ilə yekunlaşıb.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

