Qarabağ Universitetində Həmkarlar İttifaqı təşkilatı təsis olundu - FOTOLAR
Mayın 14 -də azad edilmiş torpaqlarda həyata keçirilən strateji layihələr arasında Qarabağ Universitetinin yaradılması xüsusi önəm daşıyır. Bu ali təhsil müəssisəsi yalnız elmin və biliklərin mərkəzi deyil, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin simvolik davamıdır.
Adalet.az xəbər verir ki, elm, təhsil və milli ruhun vəhdətini özündə birləşdirən Qarabağ Universitetində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) üzv təşkilatı təsis olunub və bu münasibətlə universitetdə tədbir keçirilib.
Tədbirdə Qarabağ Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə qonaqları salamlayaraq bildirib ki, Həmkarlar İttifaqı Komitəsinin (HİK) yaradılması universitetin sosial-mədəni həyatında əhəmiyyətli bir addımdır. Rektor qeyd edib ki, HİK-in yaradılması əməkdaşların hüquqlarının qorunması, sosial rifahının artırılması, həmçinin universitetin ümumi inkişafına töhfə vermək məqsədi daşıyır.
Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev Qarabağ Universitetində çıxış etməkdən qürur duyduğunu bildirib. Həmkarlar İttifaqı təşkilatının yaradılmasının tələbə və müəllim heyətinin həyatında əhəmiyyətli rol oynayacağını vurğulayıb. Qeyd edib ki, ittifaq üzvləri, istər hüquqlarının qorunması, istərsə də komitə tərəfindən həyata keçirilən layihələrdən faydalanmaq baxımından, bu təşkilatdan geniş şəkildə yararlanacaqlar.A.Paşayev diqqətə çatdırıb ki, HİK əmək hüquqlarının müdafiəsi ilə yanaşı, eyni zamanda universitet daxilində həmrəyliyin, sosial ədalətin və sağlam əmək münasibətlərinin təməlini təşkil edir.
Tədbirdə HİK-in qarşıya qoyduğu əsas məqsədlər, işçilərin sosial rifahının yaxşılaşdırılması, əmək şəraitinin inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkil olunması və maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı məlumatlar verilib.
Sonra Qarabağ Universitetində təsis olunan HİK-in səsvermə yolu ilə komitənin sədri və üzvləri seçiliblər.
Sonda tədbir iştirakçıları və qonaqlar universitetin yataqxanası, kitabxanası və yeməkxanasına baş çəkərək tələbələr üçün yaradılmış şəraitlə tanış olublar.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

