Azərbaycan Türkiyədən BARKAN yerüstü döyüş robotunun alınması ilə bağlı razılıq əldə edib
Azərbaycan və Türkiyə arasında BARKAN yerüstü döyüş robotunun alınması ilə bağlı ilkin razılıq əldə olunub.
Adalet.az xəbər verir ki, bu barədə “Report”a Türkiyənin HAVELSAN şirkətinin layihə müdiri Veysel Ataoğlu məlumat verib.
Onun sözlərinə görə, İstanbulda keçirilən “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənayesi sərgisi çərçivəsində bununla bağlı iki ölkə arasında danışıqlar aparılıb:
“Yaxın vaxtlarda BARKAN yerüstü döyüş robotu Azərbaycanın Silahlı Qüvvələrinin arsenalına daxil ediləcək”.
Qeyd edək ki, Türkiyənin HAVELSAN şirkəti tərəfindən istehsal edilən və ümumi ağırlığı 380 kq olan BARKAN yüklərin daşınması və ya yedəklənməsi, yaxından mühafizənin təmin edilməsi, silahlı kəşfiyyatdan mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə qədər müxtəlif vəzifələri yerinə yetirmək qabiliyyətinə malikdir. Bu ilin mart-aprel aylarında ilk nümunəsi istehsal olunan BARKAN Türkiyə Silahlı Qüvvələri tərəfindən uğurla sınaqdan keçirilib.
Xatırladaq ki, oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb. Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.
Digər Xəbərlər
04 Noyabr 2025 15:20
Tanımadığınız nömrələrdən gələn linkləri açmayın! - ETX-dan xəbərdarlıq
03 Noyabr 2025 21:00
"X" bir ayda Azərbaycandakı bazar payının 77 %-ni itirib
31 Oktyabr 2025 19:59
Bakcell-in meqa lotereyasında 4-cü qalib avtomobil qazandı!
29 Oktyabr 2025 16:48
“TikTok” bu il Azərbaycanda 900 minə yaxın videonu silib
25 Oktyabr 2025 14:15
Yeni “iPhone” dizaynları təqdim ediləcək
24 Oktyabr 2025 18:04
“Bakcell” lotereyasında 3-cü avtomobilin qalibi bəlli oldu - Növbəti sən ola bilərsən!
22 Oktyabr 2025 12:13
Böyük an yaxınlaşır! Bu gün bir nəfər lüks avtomobil qazanacaq
20 Oktyabr 2025 16:22


Bakı -°C

