adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Dekabr 2019 10:28
30226
ŞOU-BİZNES

Azərbaycan tamaşaçısına kələk gələn cütlük...

Uzun müddətşou-biznes gündəmini məşğul edən S”əmədlə Sevdanın qalmaqalı” əslində bir şou imiş.

Adalet.az xəbər verir ki, xalq artisti Səməd Səmədov keçmiş duet ortağı Sevda Əliqızıilə qalmaqalından bəhs edib. Belə ki, sənətçi "Səhər-səhər"verilişində xanım müğənni ilə aralarındakı qalmaqalın şou olduğunu deyib:

"Doğru qalmaqal deyildi. Bir şou idi, etdik. Münasibətimizyaxşıdır. Ailəvi dosluq edirik. Aramızda heç bir problem yoxdur".

İllər əvvəl baş vermiş "qalmaqalı”n "məzmun”unuoxucularımıza xatırladırıq:

"Müğənni xalq artistindən ayrılmasının əsl səbəbiniaçıqlayıb:

"Səməd Bodruma baldızının oğlunun toyuna gedəndə məni dəvətetmədi, amma yeni duet ortağı olan gənc qız Şəbnəm Aslanqızı və ansamblını özüilə apardı. O gündən artıq fikirləşdim ki, deyəsən, mən bu ansambldançıxmalıyam. Onunla barışmaq söhbəti ola bilməz. Mənə jest edib gül də göndərmişdi.Amma mən belə şeyləri sevmirəm. Məni incidən odur ki, Səməd ayrılmağımızlabağlı xəbəri özü demədi, prodüseri Rövşən vasitəsilə mənə çatdırdı”.

Aparıcı Vüsalə Kərimovanın "Siz türkiyəli iş adamı ilə ailəqurmuşdunuz, sonra ayrıldınız” sualına isə belə cavab verib:

"Mən ailə qurmamışdım. Düzdür, fikrim var idi, ammaalınmadı. Bu xəbəri də ictimaiyyətə Səmədlə Rövşən açıqlamışdı, mən yox”.

Efirə telefonla bağlanan Səməd Səmədov isə Sevda Əliqızınınyalan danışdığını deyib:

"O, keçən il ərə gedib. Ona mən xeyir-dua vermişəm. Həyatyoldaşı ilə toya da gedib”.

Xalq artistinin bu sözlərindən əsəbləşən S.Əliqızı "Sən kimsənki, mənə xeyir-dua verirsən? Mənim anam, oğlum var. Sənin mənim ailəmlə işinolmasın. Yavaş-yavaş çaşırsan. Mən səninlə qurtarmışam. Arxadan atılan daştopuğa dəyər. Mənim sənə hörmətim də yoxdur”, - deyə sərt şəkildə cavab verib”.

Düzü, xalqartistinin bu açıqlamasına xanım müğənninin münasibətini hələlik aydınlıq gətirəbilmədik. Hər halda söhbət bir yalandan getdiyi üçün Sevda Əliqızının da mütləq münasibət bildirəcəyinə əminik.

Əziz oxucularımız, belə birisini övladının toyuna çağırıb 3-5mininizdənkeçirsinizsə. Oda sizəyalan danışıb, şou sərgiləməkdənyorulmayacaq. Sonundabirxalq artistinin yalan mövzu ilə şou yaratdığının fərqində oldunuz! İndi sizdeyin, "Onu bağışlamaq olarmı?”

Əntiqə Rəşid