adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Yanvar 2019 17:17
17307
SİYASƏT

Azərbaycan sülhməramlıları Cənubi Sudanda xidmətə başlayıb


AzərbaycanOrdusunun iki zabitiBMT-nin mandatı altında keçirilən sülhməramlı missiyada iştirak etmək üçün Cənubi Sudanın paytaxtı Cuba şəhərinə gedib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, azərbaycanlı zabitlərBMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi SudanRespublikasında keçirilən missiyada müşahidəçi qismində fəaliyyətə başlayıblar.

Qeyd edək ki, keçən il noyabrın 30-daAzərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının(UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə vəmissiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan RespublikasıMilli Məclisinin qərarı qəbul olunub.