adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Aprel 2019 18:17
51148
LAYİHƏ

Azərbaycan Respublikasında demokratiyanın yaranması və inkişafı problemləri

(əvvəli ötənsayımızda)

12 noyabr1995-ci il tarixində ümumxalq səsverməsi (referndum) yolu ilə qəbul edilmiş AzərbaycanRespublikasının Konstitusiyasının preambula hissəsində bəyan edilib ki, Azərbaycanxalqı özünün çox əsrlik dövlətçilik ənənələrini davam etdirərək, "AzərbaycanRespublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əksolunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığınıntəmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqəraredilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətinianlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərinibəyan edir:

- Azərbaycandövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

- Konstitusiya çərçivəsindədemokratik quruluşa təminat vermək;

- Vətəndaş cəmiyyətininbərqərar edilməsinə nail olmaq;

- Xalqın iradəsininifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

- Ədalətli,iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təminetmək;

- Ümumbəşəri dəyərlərəsadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitindəyaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək;

5 bölmə, 12 fəsil,158 maddə və keçid müddəalarından ibarət olan müstəqil Azərbaycan dövlətininilk milli Konstitusiyası bütün meyarlarına görə dünyanın inkişaf etmişdemokratik ölkələrinin Konstitusiyaları ilə bir sırada dayanır.

Konstitusiyanın1-ci maddəsinin 1-ci bəndində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasındadövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

Bu da AzərbaycanRespublikası Konstitusiyasının mütərəqqi beynəlxalq təcrübəni nəzərə almaqlahazırlanmasını təsdiq edən meyarlardan biridir. Bu gün müasir dünyamızda millisuveren demokratiya problemi siyasi və elmi dairələrdə getdikcə daha genişmüzakirə olunmaqdadır. Milli suveren demokratiya institutunun yaranması hər birmüstəqil dövlətin, o cümlədən Azərbaycan dövlətinin qarşısında duran prioritetvəzifələrdən biridir. Təbii ki, hər bir dövlətin siyasi rejimindən asılı olaraqöz milli-mənəvi dəyərlərinə uyğun milli suveren demokratiya modeli olmalıdır.

Vaxtiləyaşadığımız Sovet Sosialist Respublikaları İttifaqında həmin dövrün siyasirejiminə uyğun olan sosialist xalq demokratiyası həyata keçirilirdi.

Məzmun və formabaxımından sosialist xalq demokratiyası demokratik prinsiplərin tələblərinə tamcavab vermirdi.

Belə ki,demokratik prinsiplər və qaydalar xalqın arzu, istəyindən və tələbindən irəli gəlməliolduğu halda, sosialist xalq demokratiyasında yalnız hakimiyyətin öz təşəbbüsüilə və siyasi rejimə xidmət göstərmək məqsədi daşıyırdı. Bu da bütövlükdəfundamental milli demokratik ənənələrlə ziddiyət təşkil edirdi. Milli suverendemokratiya nəzəriyyəsinə tənqidi yanaşanlar belə hesab edirlər ki, millisuveren demokratiya yalnız Avropa və Amerika demokratiyası standartı olaraqbütün dünya ölkələri tərəfindən qəbul olunmalıdır.

Lakin bu fikirlərlərazılaşmaq qeyri-mümkündür. Çünki, bu prinsipin özü demokratik yanaşmanıntamamilə ziddinə olmaqla hər bir dövlətin yerli dəyərlərinə müdaxilə təhlükəsiyaradır. Nəzərə almaq lazımdır ki, hər bir xalqın və millətin özünün tarixənformalaşmış milli adət-ənənələri, mentaliteti və milli kökləri əsasında suverendemokratiyası formalaşmalıdır. Bu prinsiplər əsasında hər bir ölkənin millisuveren demokratiyası fundametal milli qanunvericilikdə öz əksini tapmalıdır.Yuxarıda göstərdiyimiz faktlar bir daha onu təsdiq edir ki, bir çox hallarda qərbölkələri və qərbyönümlü qüvvələr dövlətlərin milli suveren demokratiyasınınformalaşmasına imkan vermirlər. Məlum olduğu kimi, qərb ölkələri və qərbyönümlüqüvvələrin Avropa və Amerika demokratiyasını ideal demokratiya kimi təbliğ etməkdəməqsədləri başqa dövlətlərdə, o cümlədən Azərbaycan Respublikasında millisuveren demokratik dəyərlərin inkişafının qarşısını almaqdır. Məlumdur ki, beynəlxalqaləmdə vahid etalon və standart kimi qəbul olunan demokratiya modeli yoxdur.

Müasir şəraitdəisə bəzi dövlətlərin beynəlxalq aləmdə yuxarıda qeyd edilən istiqamətdəapardığı ideoloji, siyasi və antiislam təbliğatının əsas məqsədi Avropademokratiyası pərdəsi altında öz ideoloji və siyasi demokratiyalarını təbliğ edərəköz müstəqilliyini yenicə əldə etmiş ölkələrin üzərində hegemonluğa nailolmaqdır.

Bu, bütövlükdəölkələrin milli suveren demokratiyasına və beynəlxalq hüququn hamılıqla qəbuledilmiş normalarına uyğun deyil.

Bu məsələ elmiaraşdırmalarla da öz təsdiqini tapmışdır. Dünyada mövcud olan ümumbəşəri dəyərlərtəkcə Avropaya deyil, yer üzündə yaşayan bütün xalqlara və millətlərə mənsubdur.

Dünyasivilizasiyasının, mədəniyyət

inin, elminin, mənəvidəyərlərinin formalaşmasında hər bir xalqın nümayəndələri təmsil olunduğu kimi,o cümlədən Azərbaycan xalqının da bütün bu dəyərlərin formalaşmasında özünəməxsusyeri və rolu vardır.

Milli suverendemokratiya institutu hər bir ölkənin ictimai və siyasi həyatında siyasimexanizm kimi fəaliyyət göstərməklə, dövlətin, cəmiyyətin təkmilləşməsi və gələcəkinkişafı üçün bu istiqamətdə daim elmi tədqiqatların aparılmasına əsas yaradır.

Təbii ki, yalnızbu istiqamətdə aparılmış elmi tədqiqatlardan sonra biz müəyyən edə bilərik ki,cəmiyyətə və dövlətə onun gələcək inkişafı üçün hansı formada milli suverenxalq demokratiyası daha yararlıdır.

Hesab edirik ki,dünya birliyinə və ailəsinə daxil olan bütün dövlətlər və xalqlar digər dövlətlərinvə xalqların milli suveren demokratiyalarına, adət-ənənələrinə, milli dəyərlərinə,dini mənsubiyyətlərinə hörmətlə yanaşmalı, dözümlülük nümayiş etdirməli, birsözlə, bəşəriyyətdə tolerantlıq mühiti yaradılması üçün çalışmalıdırlar. Azərbaycan dövləti dünya ölkələrinə bubaxımdan nümunə olan ölkələrdən biridir.

Bu istiqamətdə AzərbaycanRespublikasının Prezidenti Cənab İlham Əliyevin milli suveren demokratiyanınyaranması və inkişafı ilə bağlı apardığı ardıcıl uğurlu daxili və xarici siyasətbunu bir daha təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlhamƏliyevin dövlətimizin suveren dövlətlər ailəsinə qoşulması, beynəlxalq münasibətlərintam hüquqlu subyektinə çevrilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətfikrimizi tam təsdiq edir.

Lakin bir çoxhallarda bəzi dövlətlər Avropa demokratiyasının xalq hakimiyyəti üçün daha səmərəliəsl demokratiya olmasını iddia edərək, ölkələrə siyasi təzyiq və zor göstərməkləAvropa demokratiyasını tətbiq olunmasına çalışırlar. Beləliklə, bu ölkələrin vəxalqların milli suveren demokratiya hüquqlarına müdaxilə etməklə, həmin ölkələrdəinsan haqlarının kobud surətdə pozulması hallarının mövcudluğuna dair yanlışictimai rəy formalaşdırırlar.

Belə siyasi cəhdlərinqarşısının alınması üçün biz, vətəndaş olaraq Azərbaycan RespublikasıPrezidenti Cənab İlham Əliyevin bu istiqamətdə apardığı xarici və daxili siyasətədəstək verməklə, onun siyasətinin həyata keçirilməsi üçün bütün vasitələrdənistifadə etməklə, milli suveren demokratiyanı müdafiə edib, onun inkişafı üçünçalışmalıyıq.

(ardı növbətisayımızda)

Cəmil Quliyev

tarix üzrə fəlsəfədoktoru