adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 May 2019 17:23
28001
ƏDƏBİYYAT

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

Yetmiş illik yasaqdan və təhriflərdən sonra yaxınmilli tariximizin böyük həqiqəti-Demokratik Respublikanın həyata keçiridiyi,gördüyü işlər aşkar təhlilini, bu təhlildə Cumhuriyyətin ibrət dərsləri öz həqiqiifadəsini tapmadı. Ötən yetmiş ildə tarix də, publisistika da, ədəbiyyat daxalqa öz tarixi barədə tam həqiqəti söyləməyib.Əksinə, təhrif edilmiş milli tarix təlqin edib və saxta millətlərarası tarixdənsöhbət açıb. Bədnam "Bakı kommunası” və Demokratik Respublika dövrünün səhv təlimitəlqin olunub və bütövlükdə burjua mədəniyyəti dövrümüzün şikəst və naqistarixi kimi təlqin olunub. Yetmiş ilin qürubunda SSRİ xalqlarının üzünə açılanazadlıq qapıları da xalqımızın üzünə qanla açıldı, yenidənqurma yerindəvurmaya"yaşıl işıqlar” yandırdı və mərkəzin əli ilə Qarabağ "hərraca” çıxarıldı: Kimdaha çox "sədaqətlidir”, kim daha çox "şırmana” bilər”. Və bütün bunlar xalqınqanı və canı bahasına, itirilən torpaqların və tarmar edilərək yandırılan evlərin"işığında”, həm də bütün dünyanın gözü qarşısında edildi. Elə bil SSRİ-dəbaşlayan aşkarlıq da tərəfgirlik elədi: Azərbaycana gələn yolda ləngidi vəgecikdi. Tariximiz və tarixi taleyimiz barədə həqiqətləri gündəmə daşımaq, "nəzəri”,”elmi yalanların”, "neqativ yaddaş”ın bütün miqyası və ölçülərinin aşkarlanmasıüçün tariximiz, publisistikamız yenə də səbr və təmkin göstərmək zorunda qaldıvə bir qərinəlik yol qət etməli oldu.

Yetmiş ildə ədəbiyyatımızda və publisistikamızda "qılınc oynadan”"sosializm realizmi” metodunun oynadığı rolu, yerinə yetirdiyi sosial-tariximissiyanı və sifarişi tariximizdə "sosialist yalanı metodu” böyük canfəşanlıqla yerinə yetirdi.

Azərbaycan ikinci dəfəöz müstəqilliyinə qovuşandan sonra bizdə də rəsmi elm qəddini düzəldir,ittifaqın "drijor çubuğu”ndan yaxasını qurtarır və yavaş-yavaş təlimat,instruksiyadan bir az o yana boylanmağa başlayır. Xalqın ağrı və acısına,sevinc və kədərinə yox, bürokratiya və bürokratizm ambisiyasına xidmət edəndüşüncə dövrü arxada qalır.

Uca səslə deməklazımdır ki, yeni hakimiyyət Azərbaycan Cümhuriyyətinin milli dirçəliş aktıkimi etiraf və bayram olunması barədə tarixi fərman imzaladı, DemokratikRespublikanın rəsmi rəmzlərini-gerbini, bayrağını milli sərvət elan etdi. HəmçininDemokratik Respublikanın milli-mənəvi intibah və dövlət quruculuğu təcrübəsinireal və fəal sərvətə çevirməyi bir vəzifə olaraq humanitar nəzəri fikrinqarşısında qoydu. Bununla da Demokratik Respublikanın təşəkkül və süqutunu şərtləndirəngerçəklər silsiləsini doğru- düzgün şərh etmək imkanı yaranır. Biz buimkanlardan dolğun şəkildə yararlandıqmı? Cümhuriyyət barədə həqiqətləri axıraqədər-yalanlı və təhrifli şəkildə söylənilənləri,yaxın milli tariximizin tədqiqində subyektiv, konyuktur, əyintili mərhələləribu günümüzün "stolunun üstünə” gətirəbildikmi? Bunlar haqqında bir qədərsonra.

Aparılan tədqiqatlardavicdani, mənəvi müasirlikdən danışmasaq da, ideya müasirliyindən danışırıq,ancaq bu da tam, şəffaf deyil. Beyimizə və qollarımıza vurulan buxov və"qandallar” açılandan sonra da Demokratik Respublikaya münasibətdə bir sırayazılar elmi əxlaq və mənəvi vicdan təravətini özündə ehtiva edə və müasirgörünə bilmir.

Burda C.Məmmədquluzadənin"Ölülər” komediyasında Şeyx Nəsrullahın qəbristanlıqda ölüləri diriltmə səhnəsigözlərim önündə sərgilənir. Heç kim ölüsünün dirilməyini istəmir, günahlarınıetiraf etmək əvəzinə, vaxt alıb düşünməyə gedir. Bir sıra qələm sahibləri dəgözləmə mövqeyində səngərlənib "bəlkə də qaytardılar” xofu altında pas atmış qələmlərinəxırda-xırda "qulluq” buyururdular.

Böyük ədəbiyyatşünasalim Yaşar Qarayev yazırdı: "Elə günahlar var ki, onlara bəlkə də 1937-də bəraətvermək olardı, amma 1980-da, 90-da bu mümkün deyil. Müqəddəs yaddaşa, doğmaanaya, ana Azərbaycana silah və əl qaldırmaq günah sayılır, mən yaddaşa "qələmqaldırmağı” da anaya silah və əl qaldırmaq kimi xətaların sırasına daxil edirəm”.

Total inkar mövqeyiCümhuriyyətə münasibətdə onsuz da əvvəllər kifayət qədər olmuşdur. DemokratikRespublikanın tədqiqində bu vaxta qədərki əyintilərə cavab kimi əks ifratavarsaq, hamılıqla və kütləvi eyforiyaya yol versək, bu da yenə birtərəfliliyəsöykənmək olardı. Bunun üçün də Cümhuriyyətin 23 ayda keçdiyi tarixi,ictimai-siyasi yolu, onun süqutunu şərtləndirən daxili-subyektiv məqamlarlayanaşı, xarici obyektiv səbəbləri də açıq təhlilə cəlb etmək lazımdır. Bizcə,bu, əsl elmi yoldur.


"Azərbaycan” qəzeyininbaş redaktoru, Millət vəkili Bəxtiyar Sadıqov "Azərbaycan” qəzetinin 15 yanvar 2017-ci il tarixli sayında yazırdı:

"Təəssüf ki, "Azərbaycan”ın("Azərbaycan” qəzetinin-R.O.)Cümhuriyyət dövründə nəşr edilmiş 443 nömrəsi bugün də hamı üçün əlçatan deyildir. Hətta redaksiyamızın bütün cəhdlərində Azərbaycandakıbütün arxivlərə, respublika Mədəniyyət nazirliyinə, M.F.Axundov adına MilliKitabxanaya, Rusiyadakı Azərbaycan Diasporunun bəzi tanınmış üzvlərinə(Eşitdiyimizə görə Moskva vəSankt-Peterburq şəhərlərindəki mərkəzi kitabxanalarda "Azərbaycan” qəzetininbütün nüsxələri tam halda saxlanılır) dönə-dönə müraciətlərinə baxmayaraq indiyədəkhəmin 443 nömrənin kserosurətini əldə edə bilməmişik...”

SSRİ-nin mövcudluğu,"vahid dövlət” və "vahid xalq” ideologiyasının hegemonluğu və bu ideologiyanıntüğyan etdiyi bir dönəmdə Azərbaycanın müstəqil dövlət kimi varlığı, eləcə dəAzərbaycan Parlamentinin 17 aylıq fəaliyyəti dövrü gizlədildiyi kimi, bu barədədanışmaq və yazmaq da qırmızı imperiyanın tələb və təkidi ilə qadağan edilir,digər mətbu vasitələr kimi, Azərbaycanın Demokratik Cümhuriyyəti dövrü haqqındamüfəssəl və dolğun informasiya mənbəyi sayılan "Azərbaycan” qəzeti də "qadağa”qrifi ilə arxivlərin gizlinlərinə atılaraq qaranlıqlara məhkum edilmişdi.

Etiraf etməyə məcburuqki, qədim hun və uzaq Manna haqqında bildiklərimiz daha çox olduğu halda, ənyaxın tariximiz olan Azərbaycan Cümhuriyyəti haqqında məlumat vəbilgilərimiz labirintə söykənir. Başqa bir rakusdan məsələyə yön alsaqgörərik ki, biz Cümhuriyyətin süqutundan sonra, əslində Demokratik Cümhuriyyəthaqqında heç qeyri-sterotip fərdi baxış, orjinal milli təlim də yaratmamışıq .Əgər sovetlər dönəmində də Azərbaycanın milli dövlət quruculuğu barədəformalaşan elmi fikir vulqar erməni millətçiliyinin tarixdə bəlli olan"konsepsiyasından” zərrəcə fərqlənmirdisə, onu necə "milli dövlətə dair milli təlim”saymaq olardı, bu mümkünmü? Əsla yox! Əvəzində isə M.Ə.Rəsulzadəni milli tarixdənvə yaddaşdan silməklə, yeni azərbaycançılıq təliminin və Azərbaycan dövlətqurumunun təməldaşı rolunu Stalin irticasının adına yazmaqla məşğul olmuş,bunula da cümhuriyyəti qurama, saxta elan etmək üçün ən müasir erməni millətçiliyinəəlavə fürsətlər verməklə öz milli dövlətçilik tariximizin üzərinə öz əllərimizləçox etibarlı bir qara tül-pərdə çəkmişik.

Yuxarıda da qeydetdiyimiz kimi, ikinci dəfə müstəqillik qazandıqdan sonra da getdiyimiz yolunqarşısında "qramofanların” qurduqları "səngər” və "barrikadalar”dan azad sözü vəsəsi öz içində boğan və batıran qramofan zəngulələri eşidilməkdə idi. Ancaqmüstəqilliyimizin bizə bəxş etdiyi azadlıq qatarı və bu qatardan yüksələn yenihəyat sevgisi və onun şirinliyi qramafon "səngər” və "barrikadaları”nı aşıbkeçməkdədir.

Milli müstəqilliyin bərpasından ötən dövr ərzindəbir sıra işlər görülsə də, ən fundamental iş Azərbaycan Xalq Cümhuriyyətinin mənbəşünaslığınınyaradılması sahəsində görülən işlər oldu: Azərbaycan Respublikasının PrezidentiHeydər Əliyev "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsihaqqında " 1998-ci il yanvarın 30-da tarixiSərəncam imzaladı; bu sərəncamdan irəli gələrək Dövlət Komissiyası yaradıldı.

Azərbaycan XalqCümhuriyyətinin 80 illiyinin keçirilməsi üzrə Dövlət Komissiyası və Baş Arxivİdarəsi tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti (1918-1998)” adlı 7 kitabdanibarət sənədlər topluları (Bakı Dövlət Universitetinin müəllimi Səfərİbrahimovun rəhbərliyi və professor Seyidağa Onullahinin redaktorluğu ilə) nəşredildi. Bu yeddi kitabdan yalnız iki cildi parlament hesabatları idi ki, Azərbaycandilində buraxılan yeganə nəşr olmaqla, əsasən respublikanın arxiv fondlarındasaxlanılan və qismən də "Azərbaycan” qəzetində dərc olunmuş parlamenticlaslarının protokolları və stenoqrafik hesabatları əsasında hazırlanmış,kiril əlifbasında çap olunmuş və müstəqilliyimizin bərpasından sonra keçənbütün dövr ərzində həmin mövzuya həsr olunmuş yeganə tarixi mənbə olaraqqalırdı.

"Azərbaycan XalqCümhuriyyəti (1918-1920)” adlı 7 kitabdan ibarət sənədlər topluları AXCParlamenti və Hökumətinin qəbul etdiyi qanunlar və qərarlarını əks etdirən-"Qanunverici aktlar” (rus dilində), həmçinin "Xarici siyasət”ə(rus dilində),"Azərbaycan ordusu”na (rus dilində), Azərbaycan Parlamentinə (iki cild Azərbaycandilində, bir cild rus dilində) və AXC xadimi Fətəli xan Xoyskinin fəaliyyətinə(rus dilində) dair sənədlərdən ibarətdir ki, onların da 5-i rus dilində, 2-siisə Azərbaycan dilində nəşr olunmuşdur.

Demokratik Cümhuriyyət dövrünün daha mükəmməl, realist,analtik təhlili olan kitab şübhəsiz "Azərbaycan” qəzetində ”Parlamenthesabatları və şərhlər (noyabr 1918-aprel 1920) " (üç cilddə) kitabıdır.

Bizə elə gəlir ki, cəmiyyətdə,ictimai və mənəvi həyatda ŞirməmmədHüseynovun toxunmadığı mətləb qalmayıb. Hamısına da eyni peşəkar qələmi ilə məsləkvə əqidəsinin işığında güzgü tutub, öz daxilində xalqa, millətə məhəbbətini,çox iti, ayıq və oyaq tənqidi münasibətini də cəm edib.

Üzərini duman almışsocial-mənəvi ekalogiyanın insanları çaş-baş saldığı bir vaxtda əyri vəifratlardan azad, "korlanmamış”, ekaloji cəhətdən təmiz nəzəri fikrin klassiklərinyaradıcılığında qorunub saxlanıldığını da Şirməmməd müəllim gördü və onları nəşretdirməklə təkrar xalqın istifadəsinə-dövriyyəyə qaytardı.

Böyük demokrat Cəlil MəmmədquluzadəCümhuriyyət hökuməti haqqında düşüncələrini belə açıqlayırdı:

"Cümhuriyyət elə birhökumətə deyilir ki, orada məmləkətin idarəsi camaatın, xalqın öz öhdəsində vəixtiyarındadır və vicdan azadlığı,yığıncaq azadlığı, birləşmək azadlığı, söz azadlığı, mətbuat azadlığı, siyasifirqələr düzəltmək azadlığı, şəxsiyyət azadlığı, qanun qarşısında bərabərlik ,seçki üsulunda həmrəylik və bərabərlik və müstəqillik, gizli səsvermə prinsipləricümhuriyyət quruluşunda əsas olmalıdır”.

Bunlar bu gün Şirməmməd Hüseynovun gündəmə daşıdığı problemlərsırasındadır ki, onlar da üçcildlikdə mükəmməl açıqlanır.

Xalqın tarixi vətaleyi probleminə Mirzə Fətəlinin social-fəlsəfi baxımdan vüsətli, qlobalmiqyasda nəzər saldığını, onu düşünülmüş, hərtərəfli, doktrinal bir fikir və fəaliyyətproqramı şəklində, özü də cəmiyyət, ölkə çərçivəsində irəli sürdüyünü ŞirməmmədHüseynov isbatlayır.

Bu gün millivicdanımız qarşısında tam səmimiyyət ilə etiraf etməliyik ki, ŞirməmmədHüseynov "Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr1918-aprel 1920)” kitabını (3 cilddə) çap etdirməklə öz əlimizlə milli dövlətçiliktariximizin üzərinə çəkdiyimiz qara tülü-pərdəni tarixin zibilliyinə atdı. Həmdə Şirməmməd müəllim "Azərbaycan” qəzetinin Cümhuriyyət dövründəki bənzərsiz vətəkrarsız xidmətlərini sərgiləyərək Demokratik Cümhuriyyətin milli dövlət quruculuğundakı taleyüklü fəaliyyətini,onun süqutunun daxili və xarici, obyektiv və subyektiv səbəblərini bütün Azərbaycansevərlərə,Azərbaycan ziyalısına və bütün "Azərbaycan” oxucusuna çatdırdı.

Əlbəttə, biz bu kitabhaqqında, onun əhəmiyyəti, məqsəd və vəzifələri, tarixi dəyəri, siqləti və məziyyətlərihaqqında danışacağıq. Ancaq elə buradaca ürəyimizi deşən bir fikri səsləndirməkistəyirik. Əlbəttə, heç şübhəsizdir ki, Şirməmməd Hüseynovun bir pedaqoq kimi,bir tədqiqatçı alim kimi, bir cəfakeş, tərəfsiz jurnalist kimi, bir ziyalı vətəndaşkimi, məsləkində və əqidəsində dönməz, sınaqlardan çıxmış dost, mehriban rəfiq,böyük bir tarixi dövrü və gerçəkliyi bir cümləsində eyham, mimika və jestlərintəmasında közələyib dəyər verən natiq kimi, həmişəsevər ailə başçısı kimi nəinkidoğma Azərbaycanda, bütöv türk dünyasında bir nümunə olduğunu söyləsəm, səhvetmərəm, onu tanıyan hər kəs bizim fikirlərimizi dəstəkləyər. Nəinki onun fəaliyyəti,özü bir nümunədir, vətənsevərliyin etalonudur. Ancaq burada demək istədiyimizodur ki, Şirməmməd Hüseynovun çap etdirdiyi "Azərbaycan” qəzetində parlamenthesabatları və şərhlər (noyabr 1918-aprel 1920)” kitabı ( 3 cilddə) onun şah əsəridir,yaradıcılığının zirvəsidir. Tarixi gerçəklikləri, faktları və hadisələri arxivlərin"kodlaşdırılmış” gizlinlərindən tapıb üzə çıxarmaq, onların üzərindəki "yasaqtozu”nu silib qarşılıqlı əlaqə və bağlılıq, tarixilik və müasirlik kontekstindəöyrənmək, tarixi gerçəkliyi zərurətdən doğan həqiqəti olduğu kimi yazmaq və onuçap etdirmək sizə o qədər də sadə və asan gəlməsin. Bu dövlət qayğısı və dəstəyinəsöykənməklə Akademiyanın bir institutunun uzun illərə gerçəkləşdirə, görə biləcəyibir iş olduğunu da söyləsəm, məni qınamazlar. Ancaq Şirməmməd müəllim bütün buişi təkbaşına vətəndaş yanğısının və sevgisinin işığında, həm də öz maddi vəsaitihesabına görüb. "Bir çox insanlar tanıyıram ki, hətta imkanları, övladlarının vəzifəgəlirləri ən yüksək formada olsa da , bu təqaüdü (Prezident təqaüdü-R.O.)alırlar. Cəmiyyətə, millətə verdikləri, üç badam bir qozdan artıq deyil. Bikişiyə, yəni Şirməmməd müəllimə həmin təqaüdün beş qatını, on qatını da versənhalaldır, bu cür fədakarlıq nümunəsinin adını hansı bənzətmə ilə təqdim etməyəhəqiqətən də çətinlik çəkirəm. Danışdıqca aydın, diri, modern təfəkkürünəheyran qalırsan. Qeyd edim ki, tarixə, dəyərlərə baxışlarımız əsasən üst-üstədüşür və bu yeni düşüncəni arıq vücüdunda daşıyan dəyərli bir azərbaycanlınıgörəndə bizi nadanlıqları ilə işimizdən ayıran bir çox əzbərçi və vətənşivənçiməxluqlara ürəyim acıyır. Bu kişi əsl cümhuriyyət tarixini ortaya qoyur, gedibkülli miqdarda dövlət vəsaiti hesabına təhrif olunmuş iki cildlik AzərbaycanXalq Cümhuriyyəti Ensklopediyası nəşr etdirmir. Bu kişi böyük Məhəmməd Əmin bəyisüar olaraq təqdim etmir, əməl olaraq, əsər olaraq təqdim edir. Üzeyir bəyi də,Zərdabini də, başqa millət fədailərini də eləcə…” (Fazil Mustafa millət vəkili,fəlsəfə üzrə fəlsəfə doktoru, "Şərq” qəzeti, 15 noyabr 2016).

Akademik, millət vəkiliNizami Cəfərov isə "525-ci qəzet”in 29 noyabr 2016-cı il tarixli nömrəsindəprofessor Şirməmməd Hüseynova ünvanladığı açıq məktubunda belə yazır:

"Hörmətli Şirməmməd müəllim!

Sizin "Azərbaycan” qəzetindəparlament hesabatları və şərhlər (noyabr 1918- aprel 1920)” kitabınızın nəşrolunmuş hər iki cildini (Bakı, 2015-2016) (o vaxt hələ üçüncü cildnəşrolunmamışdı-R.Orsər) əvvəldən sonacan cümləbəcümlə oxudum. Və əminliklə deyəbilərəm ki, bu hər şeydən əvvəl, kifayət qədər mükəmməl bir mətnşünaslıqişidir; ikincisi, eyni dərəcədə mükəmməl bir yazıçı-jurnalist işidir; üçüncüsü(və ən başlıcası) isə böyük bir vətəndaşlıq işidir ki, hər cür təqdirə layiqdir.”

Burda bir haşiəyəçıxmaq istəyirəm.

Böyük ədəbiyyatşünasYaşar Qarayev "Tarix yaxından vəuzaqdan” əsərində yazırdı:"Bizim ədəbiyyatda ağlın dastanına zirvə -Nizamidir;eşqin və qəmin faciəsinə meyar-Füzulidir; qeyrətin ağrısına, namus yanğısınatimsal-Sabirdir; həm eşq, həm ağıl, həm də qeyrət üçün borcun, cavabdehliyinölçüsünə əmsal-Cəlil Məmmədquluzadədir!...”

Demokratik Cümhuriyyətə, onun qurucularına, Milli mətbuataxalqın inkişafı və onun işıqlı gələcəyiüçün ömürlərini şam kimi əridənlərə diqqət və sevginin, varislik və qədrşünaslığınməhək daşı və simvolu Şirməmməd Hüseynovdur.

Milli –mənəvivə əxlaqi tərəqqimizdə müstəsna xidmətləri olan, indiki mqstəqil Azərbaycanımızında mənəvi memarları Axundovlara və Zərdabilərə, Əlibəylərə və Ağaoğlulara,Sabirlərə və Cavidlərə, Nərimanovlara və Üzeyir bəylərə, Vurğunlara və VahabzadələrəŞirməmməd Hüseynov sevgisindən böyük, ardıcıl və təmənnasız sevgi də tanımıramvə onu tapmaq da çox çətindir.

O, bir jurnalist,publicist, tədqiqatçı alim kimi də əsl söz adamı-sözün öz adamı kimi düz sözətapınıb, düz sözə sığınıb və həmişə də düz söz danışıb.

Yaşar Qarayev yazırdı:"… mənəvi mehvərdə, əxlaqla ovqatda "yer tərpənməsi” (zəlzələ) baş verəndəmeyar və dəyərlərin səhmanı və nizamı da dağılır. Başla ayağın (papaqlaçarığın) yeri dəyişəndə də loğmanlanadanın, bəylə gədanın bir –biri ilə yeri səhv düşür: çörəyi dizi üstə, namusuisə vəzifə kreslosunun üstündə olanlar "söz sahibi olurlar”. Yenə bir haşiyə.

Adamlar və kreslolar bir tərəfdə qalsın, bir yandanda sözlərin yaddaşı itir, sözlərin mənası, sırası, yeri (işlənmə dairəsi və məqamıda bir yandan) səhv düşür. Üç sözü gündəmə gətirək, onların gözlərinin içinəbaxıb da əsl həqiqəti söyləyək: "demokratiya”, "azadlıq”, "müstəqillik”. Artıqhəmin sözlərin təkcə şərti məcazi mənası qalıb. Konfutsi yazırdı ki, "Sözlər özmənasını itirəndə isə xalq azadlığını itirir”. Bu bir su saflığı qədər hər kəsəaydındır ki, sözün azadlığı-onun öz dəqiq mənasını ilahi qüdrətindən aldığıçaları tam və sərbəst daşıya bilməsindədir. Hər söz gərək öz mənasında, öz köküüstündə zühur edə, işlənə bilsin. Bəli, "azadlıq” sözü də məhz bu mənada özazadlığını itirmiş sözlər sırasında özünə yer almışdır. Ancaq müxtəlif qüvvələröz azadlıqlarının məstliyində və xumarında onu istədiyi şəkildə, istədiyi məqamdaistifadə edə bilir. Hər söz kimi hər kəs də gərək hərəsi öz sahəsində, hərə özişi ilə məşğul olsun.

Şirməmməd Hüseynov həmişəsinəsini qabağa verir. Ömrünün onuncu onilliyində Məhəmməd Əminə, Üzeyir bəyə,Həsən bəy Zərdabiyə, Cəlil Məmmədquluzadəyə, Ömər Faiqə, Əli bəy Hüseynzadəyə,Əhməd Ağaoğluna və başqalarının sözünə nəqədər ehtiyacımızın olduğu qənaətinə gəlir, üçcildliyi oxucuların ixtiyarınaverir. Bu ölməzlərin fikir və düşüncələrini bu günkü və gələcək nəsillərə çatdırır.

Yenə Şirməmməd Hüsynovirəli çıxır, haqq sözə yiyə durur.

Sözün öz adamı kimi onun harayına çatır, sözü özampulasında- öz dəqiq mənasında, ilahidən, qüdrətdən aldığı çalarda canı, qanıvə qələmi ilə xalqının yaddaşına yönəldir, düz sözü meydana çəkir və düz sözəqulluq göstərir. Çünki Şirməmməd müəllim sözün öz adamıdır.

Akademik Milli Məclisin Mədəniyyətkomitəsinin sədri Rafael Hüseynov yazır: "Hərbir istedadlı insan, hər bir güclü yaradıcı ömür möhləti boyu hansısa şah əsəriniyaradır. Bu onun gənclik illərində də baş verə bilər, ahıllığında da, ixtiyarsinnində də.

Zəka, ilham sahibininyaradıcılıq yolu uzun da çəkə, onun şah əsərinin ortaya çıxması həyatının erkənçağına da, yolun ortasına da təsadüf edə bilər, yaxud arzulanan şah əsərinömrün sonlarına doğru təcrübələrin yekunu kimi meydana gəlməsi də mümkündür.

Şirməmməd müəllim şərəfliömür yaşayıb, çox layiqli bir alim, xoşbəxt bir müəllim həyatı sürüb və onunyetirmələri, tələbələri Azərbaycan boyuncadır.

Şirməmməd müəllim örnəksayılası ailə başçısı ömrü yaşamaqdadır, Azərbaycana çox dəyərli balalarbağışlayıb.

Və ilk gəncliyindən əliqələmli olub, usanmadan işləyib, bolluca məqalələr, kitablar yazıb. Amma Şirməmmədmüəllimin ömrünün, düşünürəm ki, şah əsəribu üç kitabdır. Hərçənd, Şirməmməd müəllimin doğruluğu və sanbalına, çəkisinə,dəyərinə görə elə bu üçcildliyə bərabər tutulası Məhəmməd Əmin Rəsulzadənin əsərlərindənibarət cildləri də var. Amma bu üçcildliyin sanbalı, məna yükü, mahiyyəti tamambaşqadır” ( "525-ci qəzet”, 4 noyabr 2017-ci il)

İndi gələk əsl mətləbüstünə. Yuxarıda da qeyd etmişdik ki, bütün keçən dövr ərzində Azərbaycan XalqCümhuriyyətinin mənbəşünaslığı sahəsində yeganə tarixi mənbə 2 cildlik "AXCParlament” kitablarıdır. Bu tarixi hadisədən iki on illiyə yaxın vaxt axarındayorulmaz tədqiqatçı alim professor Şirməmməd Hüseynovun Azərbaycan XalqCümhuriyyəti Parlamentinin tarixinə dair son dərəcə qiymətli mənbə sayılanüçcildliyi işıq üzü gördü.

Bəs eyni məqsədə yönəlik,eyni mənbədən qaynaqlanan bu iki nəşr bir-birini təkarlamır ki?

Birbaşa deyirik, əslayox!

Tarix elmləri doktoru,profesor Solmaz Rüstəmova-Tohidi yazır: "... yeni kitab (Şirməmməd Hüseynovunüçcildliyi-R.O.) bir sıra cəhətlərinə görə 1998-ci ildə buraxılmış 2 cildlikAXC Parlament hesabatları nəşrlərindən fərqlənir. İlk növbədə, latınqrafikasında dərc olunmaqla həmin sənədlərin ən geniş miqyasda müasir və gələcəkazərbaycanlı oxucular tərəfindən asan oxunmasını və anlaşılmasını mümkün edir.

Daha sonra, Azərbaycanparlamentinin çoxşaxəli, canlı və eyni zamanda gərgin fəaliyyəti müxtəlifsiyasi qüvvələri və maraqları təmsil edən Parlament fraksiyalarının, parlamentkomissiyalarının və ayrı-ayrı millət vəkillərinin işi, hökumət başçıları vənazirlərlə Parlament arasında münasibətlər və s. məsələlərə dair tarixi bir mənbəolmaqla yanaşı, bu kitab digər bir funksiya da daşıyır. Belə ki, Qanunvericilikorqanı kimi Parlamentin mahiyyəti və əhəmiyyəti, Azərbaycanda parlamentarizm ənənələrinintarixi artıq öz işinə başlamış Məclisi-Məbusanın fəaliyyətinin mütəmadi olaraqAzərbaycan cəmiyyətinə çatdırılması, bu fəaliyyətin geniş ictimaiyyətdəoyatdığı təəssürat və b. bu kimi məsələlərin öyrənilməsi baxımından "Azərbaycan”qəzetində dərc edilmiş yazılar, rəsmi sənədlər, elanlar və nəhayət , müəllif məqalələriheç də Parlament iclaslarının stenoqramlarından az əhəmiyyət kəsb etmir” ("Azərbaycan”qəzeti, 4 mart 2016-cı il)

Bu yerdə bir sıra məqamlara(özü də kəskin fərqli məqamlara) diqqət çəkməyi münasib bildim.

1998-ci ildə Məclisi-Məbusanınstenoqramları çap olunub. Böyük zəhmət və dövlət vəsaiti sərf olunub. Biz bunualqışlayırıq.

"Görülən işdəngül iyi gələr”- deyiblər. İrəliyə doğru atılan hər bir addım yeni müjdələrin xəbərçisiolduğu fikrini də qəbul edirik.

1998-ciildə Məclisi-Məbusanın stenoqramları həm Azərbaycan, həm də rus dilində çapolunub. Hər iki kitab yarımçıq səciyyə daşıyır. Eyni zamanda cildlərinhazırlanmasında tərtib xətalarına yol verilmişdir ki, həmin nəşrdə azərbaycancacilddə yalnız azərbaycan dilində olan çıxışlar verilib, rusca nəşrdə isə rusdilində edilən çıxışlar yer alıb. Deməli, hər iki kitab-azərbaycanca cildi də,rusca cildi də natamamdır, yarımçıqdır.

2cildlik stenoqramlardakı kobud qüsurları oxuyanda belə təsəvvür yaranır ki, həminmaterialların çoxunu heç redaktor kimi Seyidağa Onullahi də oxumayıb. Nəşrdə eləsəhvlərə təsadüf edilir ki, o səhvlərin orta əsrlər tarixi üzrə sayılıb-seçilən mütəxəssis olanprofessor Seyidağa müəllimin nəzər-diqqətindən qaçmağına adamın inanmağı gəlmir.

1998-ciildə nəşr edilmiş 2 cildlik parlament hesabatları kiril əlifbasında çapedilmişdir. Materialları nəşrə Bakı Dövlət Universitetinin müəllimi Səfərİbrahimov hazırlamış, yəni mətnləri ərəb əlifbasından kirilə köçürməklə işinisonlamışdır.

Protokollarla tanışlıq da göstərir ki, Məclisi-Məbusandadanışanların buraxdığı müəyyən üslubi səhvləri əlüstü islah edənstenoqrafistin-tezyazarın da yazılarında yanlışlıqlar az deyil. Həm də nəzərəalsaq ki, Parlamentdə 10 nəfər stenoqrafçı-6-sı Azərbaycan, 4-ü isə rus dilində-işləmiş(heç şübhəsiz ki, bu 10 nəfər stenoqrafistin ustalığı, peşəkarlığı və ümumihazırlığı eyni olmamışdır), daha sonra parlament katibləri stenoqrafik yazılarüzərində düzəlişlər aparmış (müəyyən təhriflərə yol vermiş) və nəhayət, hesabatlarınüzü köçürülmüş variantları hazırlanmışdır.

1998-ci il nəşrində bəzən mətnlərdəkiuyğunsuzluqlar-ayrı-ayrı sözlərin səhv oxunuşu da yer almışdır. "Parlament”kitabının mətnlərində saysız naqisliklər: bütöv cümlələrin, yaxud sətirlərin nəzərdənqaçırılması, ayrı-ayrı söz və ifadələrin düzgün oxunmaması səbəbindən tamamilə əksmənalar alınması, leksik, fonetik qüsurlar, fars, ərəb mənşəli sözlərin müasirsözlərlə əvəz olunması, eyni zamanda mənbəşünaslıq baxımından yolverilməz olanbir sıra redaktələr və s. kitabın sanbalına xələl gətirməklə onların üstünə kölgəsalırdı.

Tarix elmləri doktoru professor Solmaz Rüstəmova-Tohidi"Azərbaycan” qəzetinin 4 mart 2016-cı il tarixli sayında dərc edilmiş "Millətimizözünü göstərəcəkdir! Azərbaycan parlamentinin tarixinə dair qiymətli kitab”adlı dəyərli məqaləsində yazır: "... birpeşəkar arxivist-tarixçi kimi Şirməmməd Hüseynovun eyni zamanda iki işgördüyünü üzə çıxarır. Belə ki, öz kitabı üzərində işləyərkən Şirməmməd müəllim"Parlament” kitabında rastlaşdığı qüsurların üstündən keçməyərək, həmin mətnlərinüzərində köhnə əlifbanı və o dövrün dil-üslub xüsusiyyətlərini dərindən bilən təcrübəlibir redaktor işi görüb”.

Şirməmməd Hüseynovun kitabında-üçcildliyində istər"Azərbaycan” qəzetinin müəllif yazılarının, istərsə də Parlament iclaslarındaçıxış etmiş millət vəkillərinin nitqlərinin dil-üslub xüsusiyyətləri olduğukimi qorunub saxlanılmışdır.

Hər yazının sonunda müəlliflərin mətndə işlətdikləriərəb-fars mənşəli sözlərin lüğətini vermişdir.

1998-ci ildə buraxılmış 2 cildlik AXC Parlamenthesabatları nəşrlərindən fərqli olaraq, Azərbaycan tarixinin əvəzsiz bilicisi,neçə-neçə jurnalist və alimlər nəslinin güvən yeri, mətnşünas ŞirməmmədHüseynovun üçcildliyi latın qrafikasında dərc olunmuş, həmin sənədlərin əngeniş ölçüdə çağdaş və gələcək azərbaycanlı oxucular tərəfindən asan oxunması vəbaşa düşülməsi-anlaşılması təmin olunmuşdur.

Üçcildlik Azərbaycan parlamentinin çoxşaxəli vəçoxsahəli, canlı, həm də gərgin fəaliyyəti haqqında ən doğru-dürüst məlumatlarınötürücüsünə çevrilir.

Parlamentdə təmsil olunan müxtəlif siyasi qüvvələrivə maraqları təmsil edən Parlament fraksiyalarının, parlament komissiyalarının,eyni zamanda ayrı-ayrı millət vəkillərinin işi, fəaliyyəti, onların parlamenticlaslarındakı çıxışları və mövqelərini öyrənmək baxımından əvəzsiz mənbəolduğunu isbatlayır. Bu kitablar hökumət başçıları və nazirlərlə Parlamentarasındakı münasibətləri öyrənmək baxımından da ən qiymətli mənbə rolunu oynayır.

Akademik Nizami Cəfərov "525 –ci qəzet”in 29 noyabr 2016-cı il tarixli sayında dərcetdirdiyi "Professor Şirməmməd Hüseynova açıq məktub”unda yazır: "Sizinkitabınızda hesabatlar və şərhlər elə məharətlə düzülmüşdür ki, sanki milliistiqlal mövzusunda sənədli roman-epopeya oxuyursan... Hadisələr, mübahisələr,münaqişələr bir süjet ətrafında cərəyan edərək dövrün canlı mənzərəsiniyaradır. Müxtəlif firqələr, millət vəkilləri, hökumət üzvləri barədə yaranan təsəvvürləryalnız tarixi yox, həm də bədiidir. Və ona görə də bu əsər "Stenoqrafikhesabat”, yaxud tərtib janrının hüdudlarına qətiyyən sığmır desəm, görünür elədə ciddi səhv etmərəm”.

Qanunvericilik orqanı kimi Parlamentin mahiyyəti vəəhəmiyyəti, Azərbaycanda parlamentarizm ənənələrinin tarixi, Məclisi Məbusanınfəaliyyətinin ardıcıl və sistemli şəkildə çatdırılması baxımından "Azərbaycan”qəzetində dərc edilmiş yazılar, rəsmi sənədlər, elanlar və nəhayət müəllif məqalələridə Parlament iclaslarının stenoqramları ilə üzv vəhdətdə üçcildliyə daxil edilməsibu triadanın əhəmiyyət və dəyərini, onun tarixi və mənəvi sanbalını iki qatartırır.

Üçcildlik Azərbaycan Parlamentinin açılması hadisəsiniümumxalq bayramı səviyyəsində qəbul edildiyini, "Azərbaycan” qəzetinin istərxalqın bu hadisəyə münasibətini, istərsə də parlamentin açılışının təntənəsini özsəhifələrində geniş şəkildə əks etdirir ki, bunlar 1998-ci ildə buraxılmış 2cildlik AXC Parlament hesabatları nəşrlərində yoxdur. "Şərhlər” ifadəsi altındanəzərdə tutulan müxtəlif məzmunlu və ünvanlı müəllif yazıları xülasələr, həttafelyetonlar ilk dəfə olaraq üç cildlikdə Azərbaycan oxucularına çatdırılır.

Hər kəsə bəllidir ki, tekstoloqlar da stenoqraflarkimi mətnə soyuqqanlı və ehtirassız yanaşırlar. Ancaq Şirməmməd müəllimintriadasını-"Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər”ini oxuyanda heyrətə gəlirsən. Ona görə ki, bukitablarda tədqiq olunan mövzuya dərindən və miqyaslı bələdliklə yanaşı qədirşünaslıqlayüksək ümumiləşdirməyə gətirib çıxaran vətəndaş sevgisi, milli bir ehtiras vəmilli kökə bağlılıq vardır ki, dərhal oxucunu düşünməyə, düzgün nəticəçıxarmağa, haqqa tapnmağa səfərbər edir. Oxucunun qavrayışına müsbət impulslarötürür.

Kitablarda verilmiş Azərbaycan Məclisi-Məbusanının,eyni zamanda Parlamanının təntənəli açılışı, təmiz olduğu qədər də böyük arzu vəistəklərdən, ümidlərdən yaranan ilk və hərtərəfli nitqləri, Cümhuriyyətin bütünregionlarından gələn, sevinc və sevgi dolu təbrik məktublarını bu gün də yüksəkhəssaslıq və həyacanla oxuyursan. Hər bir çıxış, söylənən nitq oxucunuParlamanda keçən qaynar və qızğın müzakirələrəekskurs etməsinə bələdçilik edir.

Yeni hökumətin təşkil edildiyi iclasda baş nazir Fətəlixan Xoyski gurultulu və sürəkli alqışlarla qarşılanan tarixi və öz məntiqliçıxışı, tarixi xəbərdarlığı ilə yaddaşlara hakim kəsilir: "... hökumət qarşısındaduran məsələlərin ən mühümmü istiqlalımızı müdafiə məsələsidir. Məmləkətin hərguşəsindən, millət içindən gəlmiş siz məbuslar da bu fikirdəsininz, bütün millətinzehnini hamıdan artıq işğal edən bu məsələdir. Hökumət isə bu məsələyi gözlərininbəbəyi kimi qoruyacaqdır...”

Həmin iclasda söz alan M.Ə.Rəsulzadə ölkədə həmdaxili, həm də xarici vəziyyətin ağır olduğunu məbusların diqqətinəçatdırdıqdan sonra qan və can yanğısıyla deyir: " Fəqət biz göz bəbəği kibimüdafiə olunacaq istiqlaliyyətimizin hər fitnəyə qarşı müdafiə olunacağını ümidedirəm. Bu əzmdə yalnız bir hökumət degildir. Bütün millət bu əzmdədir. Bu günbizim istiqlalımızı tanımaq istəməyənlər həqiqi demokrat degildirlər...”

Siyasi-ideoloji mübarizənin təcrübəli və yenilməz cəngavəri Əhməd bəy Ağaoğlunun döyüşkən səsi gəlir:"Möhtərəm əfəndilər! Bəndən əvvəlki natiq, möhtərəm rəfiqim hökumət həqqində pəkhəssas, pək sıcaq bir nitq irad etdi ki, möhtəviyyatına şərik oluyoram. Fəqətonunla bənim aramızda bir fərq var ki, onun atəşi çox, bənim atəşim sönmüş, o,gəncdir, mən ixtiyar. Onun bir az göylərdə gəzməyə həqqi var. Bən isə yeri görməyəməcburam”.

Əhməd bəy Ağaoğlu sözünə davam edərək deyir: "Hökumətinbəyannaməsində söylədiyi Azərbaycan istiqlalı bizim həpimizin əfzəli-amalımızdır.Hər bir kəndi şərəfini, kəndi amalını bilən azərbaycanlı bunu duymalı və buyolda olmalıdır (Alqışlar). Lakin bu amalın ölməməsi və onun qövldən-felə gəlməsi üçün birinci amil beləhökumət kəndisidir... Gecə qaranlıq, fırtınalar oluyor, biz də bir taxta parakibi fırtına içində yuvarlanıyoruz... Bu taxt paranın üzərində iki milyonluq Azərbaycan,onun şərəfli, qadınları və cocuqları bulunuyor. Bunları xilas etməklə böyük birvəzifə ifa etmiş oluyoruz...”

Natiqlər və çıxışçılar bir-birini əvəz edir, səslərvə simalar dəyişir. Dəyişməyən Azərbaycanın istiqlalı məsələsidir. Məbusanların,iclasa dəvətlilərin, iştirakçı qonaqların çıxış və simaları gözlərin önündəcanlanır. Kimin kim olduğunu, hansı mənsəbə, nəyə qulluq və xidmət göstərdiyiniözün görür, duyur və tanıyırsan. 70 illik sovet yalanının bizi hansı oyunlarasaldığını, hansı "havalara” oynatdığını görürsən və heyrət içində təəccüblənirsən.

Üzeyir Hacıbəylinin "Azərbaycan” qəzetinin 7 dekabr1918-ci il tarixli 58-ci sayında dərc olunmuş "Tarixi günümüz” adlı məqaləsindəoxuyuruq: "İstiqlalımızın felən yürüdülməsinə qarşı bu günkü cahan zorluları tərəfindənməmaniətlər göstərilmiyorsa da, qəbuluna da hələ qol qoyanlar yoxdur. Məsələninhəlli, istiqlalımızın rədd və ya qəbulu gələcək sülh konfransının baxacaq işlərindəndir...”

Müəllif fikrini davam və inkişaf etdirərək yazır:"Bir tərəfdən dəxi Türk-Azərbaycan Cümhuriyyətində vətəndaşcasına yaşamaq,asayiş və istirahətimizin təmini yolunda əl-ələ verib çalışmağa dəvət etdiyimizqeyri-müsəlmanlar arasında öylələri tapıldı ki, uzatdığımız ələ arxalarını çevirib parlamanımızı və həttaCümhuriyyətimizi belə "namüssəm” ədd edərək istiqlalımıza qarşı bədxaholduqlarını indidən bildirdilər. Bunların içində hətta "baykot” sözününistemalı kimi qabalıq və nəzakətsizlik göstərənlər də olmadı deyil...”

Məclisi-Məbusanın birinci iclasında hökumətin bəyənnaməsinə"İttihad” partiyasının nümayəndəsi doktor Qara bəy Qarabəylinin münasibəti vəçıxışı milli istiqlalımızı həzm və qəbul edə bilməyənlərlə heç nəyi ilə fərqlənmir.O, "İttihad”ın mövqeyini belə ərz etmişdi: "Şimdi biz etimadnaməmizi cibimizəqoyub saxlıyoruz. Nə vəqt hökumət layiqli olduğunu göstərərsə, biz də o vəqtetimadımızı bəyan edəriz.”

Ümumilikdə isə Cümhuriyyət parlamentininiclaslarında gedən mükalimələri oxuduqca doğma xalqının böyük şəxsiyyətlərinin xarakter, milli mübarizə əzmi,mürəkkəb beynəlxalq hadisələrdən baş çıxarmaq, düzgün, həm də bəşəri seçim etmək, onları ardıcıl, ümumbəşəridəyərlərlə həyata keçirmək istedadı ilə təkrar-təkrar qürrələnirsən.

Üçcildlikdə toplanmış materialları oxuduqca ruhun,hissin, düşüncələrin diksinir. Sözsüz ki, Şirməmməd müəllimin fədakarlığının vəyuxusuz gecələrinin işığında.

Triadaya üç və ya bir neçə iclasdan sonra dahiÜzeyir Hacıbəylinin şərh-təəssüratları daxil edilmişdir ki, bunlar dabir-birini tamamlamaqla doğru-düzgün nəticələrə yön verir. Üzeyir Hacıbəylininhəmin şərh və təəssüratları bir xalq müdrikinin hadisələrə reaksiyası olmaqla,həm də düzgün istiqamət göstərmək istəyindən irəli gəlir ki, bunun eyni zamanda"Azərbaycan” qəzetinin məramı da olduğunu təsdiqləyir.

Akademik Nizami Cəfərov yuxarıda xatırlatdığımız"Professor Şirməmməd Hüseynova açıq məktub”unda yazır: "Mən heç şübhə etmirəmki, sizin kitabınızın bir qəhrəmanı Cümhuriyyət Parlamentidirsə, digər qəhrəmanıonun qeyri-rəsmi orqanı "Azərbaycan” qəzetidir və bunu kitabınızın ikinci cildinin "Ön söz”ündəözünüz də aydın bir şəkildə göstərmiş, M.Ə.Rəsulzadənin aşağıdakı fikrinixatırlatmısınız:

"Azərbaycan” mühərrirləri böyük bir xülus və safiyyətləəllərində tutduqları qələm ilə ancaq bir hədəf və bir qayəyi gözlərinin önündəbulundurmuşlardır ki, o da məmləkətin səlaməti, millətin hürriyyəti-siyasiyyəsi,fikri-istiqlaliyyətin qüvvətlənməsidir.

Bu üç şüar bittəb bu gün əfradi-millət arasındasöylənib təkrar edilməkdə və mətbuat isə bunu tərbiyə eləməkdədir”.

Milli Məslisin Mədəniyyət Komitəsinin sədri akademik Rafael Hüseynov"Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918-aprel 1920)”kitabının III cildinin təqdimat mərasimindəki çıxışında çox haqlı və yerindəsual verməklə cavabını da özü verir:

"Bəs o stenoqramlarla (2 cildlikdəki-R.O) "Azərbaycan”qəzetində dərc edilən hesabatların mənası və dəyəri büsbütün başqadır.Bunlar hamısı Məhəmməd Əmin və Üzeyir bəylərin redaktə süzgəcindən keçərək dərcolunub.

Natiq sözünə davam edərək əsl mətləb üstünə gəlir: "...Qəfildənqarşımıza bu məsələlər və mətləblərlə həmahəng gələn, heç parlamentdə olmayan FərhadAğazadənin məqaləsi çıxır və sanki həqiqətlərə əlavə bir pəncərə taybatayaçılır. Ya Məhəmməd Əmin Rəsulzadənin özünün, yaxud Üzeyir bəy Hacıbəylininparlament divarları arasında səslənmiş, müstəqil məqalə kimi işıq üzü görmüşyazıları parlament hesabatları konteksinə qovuşur, həmin andaca mətnin ahəngi,ritmi dəyişir, yeni məna qatları ortaya çıxır, xeyli qaranlıq suallara aydınlıqgəlir. " ("525-ci qəzet”, 4 noyabr 2017-ci il).

Fikrimizcə, Şirməməd Hüseynov "Parlamenthesabatları” triadasını geniş oxucu auditoriyasına təqdim etməklə bir böyükinstitutun, elmi mərkəzin görə biləcəyi işi o dövrün hadisələrinə, ayrı-ayrı şəxsiyyətlərininəqidəsinə, qələminə, düşüncə tərzinə dərindən bələdliklə müqayisəsiz səriştə vəvurğunluqla yerinə yetirmişdir. Düşünürəm ki, şərəfli istiqlal tariximizəadının fəxri siyahıya daxil edilməsi üçün Şirməmməd müəllimin bu triadaya çox səxavətləqatdığı gözlərinin nuru və sərf etdiyi "ürək yağı” yetərlidir.

Şirməmməd müəllimin "Parlament hesabatları”ndatarixi gerçəklər əyaniliyin güzgüsündə düzgülənir və fokslaşır.

"Milli yaddaş daşıyıcısı, bir mənəviyyat körpüsü,Azərbaycanın dünəniylə indisi, istiqlalımızın qaynaqları ilə bu gün arasındakıkörpü” (akademik Rafael Hüseynov)- Şirməmməd müəllim "Parlament hesabatları”nı nəşr etdirməklə birsıra tarixi gerçəklikləri şölələndirməklə həqiqiətin zühurunu da təmin elədi.

Şirməmməd müəllimin təqdimatında bu yazıları oxuduqca qeyri-ixtiyari olaraq tarixəekskurs edir, o məşəqqətli illərin axarında müqəddəslərimizinhansı şəraitdə necə mübarizə apardıqlarını, hansı keçilməzlərdən keçdiklərinigörürsən. Parlament iclaslarının səlnaməsindən hər kəsin milli istiqlalımızın vəmüstəqilliyimizin mücahidlərinin də, onların əleyhdarlarının da səsini eşidir,hətta üz ifadələrini də görürsən və özün üçcildliyin bələdçiliyi ilə bugünümüzdə eşidir, duyur və anlayırsan ki, millət olaraq, hansı "dağlardan”aşmışıq, hansı yarğanlardan, hansı "dərələrdən” hansı "körpülərdən” keçmişik. Vətəntarixində millətin, yurdun, el-obanın tarixi taleyinə münasibətdə bir-birinə əksqütblərdə kimlər qərar tutub, istiqlal yolumuzda hansı mübarizələrdən keçib gəlmişik,hansı toqquşmalar, çarpışmalar və hansı təzadlı baxışlar olub.

Bu kitablarıoxuduqca bugünkü istiqlalımızın, yenidən qazandığımız bu müstəqilliyimizin təməlindəhansı barışmaz mübarizələrin dayandığını, hansı dramatik ayların, günlərin, saatların,dəqiqələrin biri-brini əvəzlədiyini də görürsən və yəqin edirsən ki, onlarolmasaydı, bu dövlət də olmazdı. Heç şübhəsi yoxdur ki, o müqəddəslərimiz Azərbaycanistiqlalını elan etməsəydilər, bir il on bir ay yaşayacaq müstəqil dövlətimiziqurmasaydılar, keçmiş SSRİ-nin tərkibində nə Azərbaycan Sovet Respublikasıolmayacaqdı nə də biz 1998-ci ilin 18 oktyabrında dövlət müstəqilliyimizi yenidənelan edə bilməyəcəkdik.

Xalqlar həbsxanası-SSRİ dağılanda onun tərkibindənmüstəqil dövlət kimi çıxmağımızın təməldaşları da onlar və onların ideyalarıolmuşdur.

Şirməmməd Hüseynovun üçcildliyindən aldığımız ilk vəən böyük dərs budur. Bizcə Şirməmməd müəllimin də ilk öncə gəldiyi qənaət, oxucularınatəlqin etmək istədiyi budur ki, bizim bu gün müstəqil dövlətimiz varsa, bunagörə o qurucu insanlara, müstəqilliyimizəvə onun daha da möhkəmlənməsinə sinələrini sipər edərək gözbəbəyi kimiqoruyanlara, onu təmənnaısz məhəbbət və sevgiylə sabahlara daşıyanlaraborcluyuq. Hər an buna səfərbər olmalıyıq.

Şirməmməd müəllimin "Parlament hesabatları”nıncildlərindən əldə etdiyimiz ikinci ən böyük dərs xalq üçün, tarix üçün gərəkli,xalqa, millətə xidmət edəcək yaxşı qəzeti-mətbuat orqanını necə buraxmaq olarsualına "Azərbaycan” adlı qəzetin nümunəsində gəldiyi qənaətlər və onun səhifələrindədərc olunan materialların bu günümüz üçün də aktuallığını qoruyub saxladığını,bu yöndə də "Azərbaycan” qəzetinin bir nümunə olduğunu təlqin etməsidir.

Böyük müəllim, fədakar, yorulmaz tədqiqatçı alimŞirməmməd Hüseynov üçcildlikdə "Azərbaycan” qəzetinin XX əsrin əvvəllərindəki(noyabr 1918-aprel 1920) fəaliyyətinə işıq tutaraq üstündən zamanlar keçəndənsonra da salnamə sayılacaq, tarixin bərpa olunması üçün mənbəyə çevriləcək,saralıb solsa da mahiyyətcə köhnəlməyəcək, yeni çağdaş zamanla da ünsiyyətə girəbiləcək qəzet və jurnalın necə olmağını göstərir və sanki tribunadan, özünəməxsusalicənablıq, bir qədər də kədər və qınaqqarışıq səslənir: "Maraqlananlar üçünfaydasız olmaz”.

Bu dördcə kəlməsöz əsl oxucuda yaddaş effekti yaradır və Şirməmməd müəllim tələbələrinə, həm də oxucularına səslənir ki,qələm götürüb qəzet, jurnal buraxanda bir an da olsun zamanı gələnə qədər hərsuala cavab tələb edən tarix qarşısında məsuliyyətinizi unutmayasınız. Necə ki,bunu Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli,Ceyhun bəy Hacıbəyli "Azərbaycan” qəzetinin səhifələrində vətən, millətsevgisinin işığında ürəklərinin atəşi ilə etmişlər.

Bütün varlığı ilə Vətən işığına çevrilən ŞirməmmədHüseynov Azərbaycanda Əbdülkərim Əlizadənin, Tahir Məhərrəmovun, MəmmədağaSultanovun, Nəsrəddin Qarayevin, Əbülfəz Rəhimovun, Qulam Məmmədlinin, Əziz Mirəhmədovunvə bir sıra başqalarının yaratdıqları mətnşünaslıq məktəbinin səngiməkdə olanocağını gurlandırdı, bu ocağa yeni atəş, yeni işıq mənbəyi verməklə buüçcildliklə nadir mətnşünaslıq abidəsini yaratdı və çox vaxtında Vətən, xalq,millət, azadlıq və istiqlalsevərlərə ərmağan etdi.

Bu üçcildliyin ən ümdə təlqinlərindən biri ŞirməmmədHüseynovun Azərbaycan tarixinə, Azərbaycanmillətinə, istiqlalımıza, istiqlalımız yolunda canlarını belə əsirgəməyənqurucu babalarımıza, onların əqidəsinə, mübarizə yoluna, inam və imanlarına,böyük kişilərin ruhuna olan sədaqətin, ehtiram və etibarın təcəssümü, bir də onun təntənəsidir.

Şübhə etmirik ki, bu üçcildliyin təməlində və onunnüvəsində bütün yaşlarında Şirməmməd müəllimin azadlığa təşnə ürəyini döyündürənböyük EŞQ dayanır. Bu gün də onu yaşadan, gənclik ehtirası ilə çalışdıran elə oböyük EŞQ-dir. Tanıdığımiz qədərincə o, əlinəqələm alıb nə bir söz yazıb, nə də birsöz deyib.

Və hərdən mənə elə gəlir ki,millətimin Şirməmməd müəllimi-istiqlalaşiqi Vətən, xalq sevgisinin, böyük EŞQ-in yeriyən canlı abidəsidir.

Böyük yaradan Şirməmməd müəllimi xalqımıza bəxşedib ki, yurddaşları, vətənsevərlər, istiqlalpərvərlər onun bu nümunəsindənyararlansınlar və onun məktəbinin işığını daha da gurlandırsınlar.

RamizOrsər