Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi OLDU
Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Adalet.az xəbər verir ki, yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.
C liqasının 3-cü qrupunda yer alan Canni de Byazinin yetirmələri Qazaxıstanı qəbul edib. Son iki matçında qələbə qazanan millimiz qrup qalibini üstələməklə ikinci yeri tutmaq niyyətində idi.
Qonaqların bir saatdan çox azlıqda çıxış etdiyi görüşün ilk yarısında hesab açılmasa da, komandamız fasilədən sonra vurduğu 3 qolla ardıcıl üçüncü qələbəsini qazanıb. Bununla da Azərbaycan yığması qrupu 10 xalla ikinci pillədə başa vurub.
Qrupun digər oyununda Slovakiya ilə Belarus 1:1 hesablı heç-heçə edib.
Digər Xəbərlər
27 Fevral 2026 20:10
“Zirə” “Araz-Naxçıvan”a qalib gəldi
27 Fevral 2026 17:00
“Kəpəz” “Sumqayıt”ı darmadağın etdi
27 Fevral 2026 11:32
Bu gün Çempionlar Liqasının püşkü atılacaq - "Qalatasaray"ın rəqibi bəlli olacaq
26 Fevral 2026 18:24


Bakı -°C

