Azərbaycan Ordusu payız-qış mövsümünə keçir - VİDEO
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun bütün qoşun növlərində və hərbi hissələrində, o cümlədən Əlahiddə Ümumqoşun Orduda silahların, döyüş və xüsusi texnikaların, həmçinin aviasiya vasitələrinin payız-qış mövsümü istismarı rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyindən Adalet.az-a bildirilib ki, göstərilən texniki xidmət çərçivəsində hərbi hissələrin texniki xidmət məntəqələrində texnikalar mövsümə uyğun yanacaq-sürtkü materialları ilə təmin olunur, elektrik sistemləri yoxlanılaraq zəruri xidmətlər göstərilir.
Hərbi hissələrə lazım olan ehtiyat hissələri və avadanlıqlar mərkəzləşdirilmiş şəkildə çatdırılaraq tam təminat normalarına uyğun yerinə yetirilir.
Döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və bölmələrin döyüş qabiliyyətinin artırılması məqsədilə yerinə yetirilən mövsümi xidmət tədbirləri təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla icra edilir.
Digər Xəbərlər
09 Noyabr 2025 17:15
Əziz Sancar Azərbaycan xalqını TƏBRİK ETDİ - VİDEO
09 Noyabr 2025 13:05
4 ayında atası şəhid oldu, 33 yaşında Milli Qəhrəman... - VİDEO
09 Noyabr 2025 12:55
DTX Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi - VİDEO
09 Noyabr 2025 09:35


Bakı -°C

