Azərbaycan millisinin böyük məşqçisi: "Avropada bizdən başqa qızıl medal qazanan ölkə olmadı"
“Bütün güləş həvəskarlarını və Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Təxminən 40 gün əvvəl Avropa çempionatından möhtəşəm qələbəylə qayıtmışdıq. 6 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında çempion olmuşduq. Təbii ki, Avropa və dünya çempionatları fərqli yarışlardır".
"Report" xəbər verir ki, bunu Azərbaycanın yeniyetmə güləşçilərindən ibarət millisinin böyük məşqçisi Əsgərxan Novruzov deyib.
İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə millimiz Vətənə qayıdıb. Komanda hesabında dünya 3-cüsü olan yığmamızı Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının rəsmiləri, məşqçilər, güləşçilər və idmançıların ailə üzvləri qarşılayıb.
Böyük məşqçi mətbuata açıqlamasında Avropa qitəsindən Azərbaycanın yeganə qızıl medal qazanan ölkə olduğunu bildirib:
"Komandamızın hazırlığı o qədər yaxşı idi ki, dünya çempionatından da daha yaxşı nəticə gözləyirdik. O cümlədən komanda hesabında çempion olacağımıza inanırdıq. Yəqin ki, görüşlərimizi izləmisiniz. Bir çox xallarımız son anlarda əldən getdi. Dünya çempionatı çox ağır keçdi. Daim ön sıralarda olan İranı qabaqlayıb 3-cü yeri tutduq. Məşqçilər və güləşçilər sağ olsunlar. Özlərini doğrultdular. Dünya çempionatında 2 qızıl medal Azərbaycan üçün çox yaxşı nəticədir. Avropada bizdən başqa qızıl medal qazanan ölkə olmadı. Bizim əsas işimiz böyüklərdən ibarət komanda üçün güləşçilər yetişdirməkdir. Bu gün heyətdə yer alan 6 idmançımız gələn ildən gənclərdə yer alacaq. Məqsədimiz bütün yaş qrupları üzrə birgə fəaliyyət göstərib, Azərbaycan güləşini zirvəyə yüksəltməkdir”.
Xatırladaq ki, mundialda Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) qızıl, Bəşir Verdiyev (45 kq) gümüş, Elman Ağayevlə (51 kq) Ağanəzər Novruzov (71 kq) isə bürünc medal qazanıb.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

