Azərbaycan karateçiləri İslamiadaya yollanıb
Karate üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına yollanıb.
Federasiyadan Adalet.az-a verilən məlumata görə, kişilər arasında kumite yarışlarında Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (5 kq), Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı (+84 kq), qadınlarda İnci Əzizova (50 kq), Mədinə Sadiqova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) çıxış edəcək.
Kata üzrə fərdi yarışlarda Roman Heydərov və Zəhra Qurbanzadə, komanda çıxışlarında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev qüvvəsini sınayacaq.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov karate yarışlarını idarə edəcək. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançılarla bir yerdə olacaq.
Qeyd edək ki, İslamiadaya avqustun 18-də yekun vurulacaq.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

