"Azərbaycan Himni mənə güc verir" - "Ferrari"nin pilotu
"Bu gün Bakıda olduqca həyəcanlı və rəqabətli mübarizə keçdi".
Adalet.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda üçüncü olan "Ferrari"nin pilotu Karlos Sayns mətbuat konfransında deyib.
İspaniyalı sürücü Bakının ən yaxşı treklərdən biri olduğunu söyləyib: "Burada çoxlu döngələr var. Bəzi döngələrdə sürəti azaltmaq məcburiyyətində qalırsan. Bu, sürücüdə stressə səbəb olur. Amma mən rahat idim, həyəcanımı boğa bilmişdim. Belə çətin treklər özümü inkişaf etməyimə kömək olur".
O, ilk "üçlük"də yer almağın yaxşı nəticə olduğunu vurğulayıb: "Gərgin mübarizə idi. Həftəsonunu gözləyəcəyik. Sabahkı yarışda hamıya uğurlar arzulayıram".
Pilot Azərbaycan Himninə qulaq asmağı sevdiyini bildirib: "Nədənsə, bu musiqi mənə güc verir. Himnin sözlərini əzbər bilməsəm də, melodiyasını çox xoşlayıram. Bu musiqini eşidəndə tüklərim biz-biz olur".
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Digər Xəbərlər
28 Sentyabr 2026 19:50
"Sumqayıt" amerikalı basketbolçunu heyətinə qatdı
28 Sentyabr 2026 18:28
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
28 Sentyabr 2026 17:58
“Parma” baş məşqçisi ilə yollarını ayırdı
28 Sentyabr 2026 09:48
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
28 Sentyabr 2026 09:11
Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
27 Sentyabr 2026 19:15
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib
27 Sentyabr 2026 16:48
Azərbaycan - Litva qarşılaşması üçün start heyətlər açıqlandı
27 Sentyabr 2026 14:16


Bakı -°C

