Azərbaycan hərbçiləri “Mavi Vətən” təlimlərinə qatılacaq
Türkiyə Silahlı Qüvvələri tərəfindən Qara, Egey və Aralıq dənizinin şərq sahillərində "Mavi Vətən" adlı hərbi təlim keçiriləcək.
Adalet.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hərbi dəniz təlimlərində 15 ölkədən 251 hərbçi iştirak edəcək. 15 ölkədən 8-i əsas, 7-si isə müşahidəçi qismində "Mavi Vətən" təlimlərinə qatılacaq.
Təlimdə iştirak edəcək ölkələr arasında Azərbaycan, Bosniya və Herseqovina, Birləşmiş Krallıq, Qətər, Almaniya, İtaliya da var.