Azərbaycan filmləri Van Beynəlxalq Film Festivalında
İlqar Safatın "İçəri şəhər” və Mirbala Səlimlinin "Qırmızı bağ” bədii filmləri Türkiyənin 5-ci Van gölü Beynəlxalq Film Festivalına dəvət alıb.
C. Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından Adalet.az-a verilən məlumata görə, festival oktyabrın 28-dən noyabrın 1-dək keçiriləcək.
"İçəri şəhər” və "Qırmızı bağ” bədii filmləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.
"Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).
Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.
Qeyd edək ki, "Qırmızı bağ” filminin beynəlxalq premyerası 12-ci Avrasiya Beynəlxalq Film Festivalında keçirilib. Film Almaniyanın 65-ci Mannheym-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramına və Bakıda keçiriləcək 7-ci Avropa Film Festivalına dəvət alıb.
Digər Xəbərlər
01 May 2024 11:14
Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52