adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 May 2018 12:09
37836
MƏDƏNİYYƏT

Azərbaycan filmi dünya arenasına niyə çıxa bilmir? - SORĞU

Azərbaycan kino sahəsində Sovetdövründən bu yana demək olar ki, barmaq sayı qədər keyfiyyətli filmlər ərsəyə gəlib.İstər müharibə mövzusunda, istərsə də başqa mövzularda. Bu məsələdə həmişə müxtəliffikirlər səslənir. Biri deyir, maddi problemlər həll olunmalıdır, biri deyir,tamaşaçı nə istəyir, onu da çəkirik. Tamaşaçı deyir, bizə nə göstərirlərsə onada baxırıq. Fikirlər həmişə haçalanır. Məsələn, matəm günləri televizorda yakeçmiş Sovet filmlərimizi göstərirlər, ya bir-iki son dövrlər çəkilən müharibəfilmlərimiz, ya da xarici filmləri. Heç adi günlərdə də tamaşaçıya təqdim etməyəmaraqlı filmlərimiz yoxdur. Üstəgəl, dünya film arenasındakı dinamikaya birqatqımız yoxdur. Qonşu ölkələrdən biri olan İranın filmləri Oskar mükafatlarınalayiq görülərkən, biz heç bir filmlə dünya arenasının, dünya tamaşaçısının rəğbətiniqazana bilmirik.

İran film sahəsində artıqrejissorlar arasında yaxşı bir mübarizə gedir. Məsələn, Məcid Məcidi, MohsenMakhmalbaf, Cəfər Pənahi, Əsgər Fərhadi kimi bir sıra fars rejissorlar özstilistikaları ilə diqqət çəkirlər. İran filmləri dünyanı maraqlandıra bilir. Bəs,niyə biz öz film dünyamızda bu cür rejissorları görə bilmirik? Bu haqqda çoxdanışmaq olar, amma mən filmşünas deyiləm deyə istədim ki, aktyorlardan,rejissorlardan bu suala cavab alım. 

Azərbaycan kinosunun hal-hazırkı vəziyyətisizi qane edirmi? Dünya film arenasına niyə çıxa bilmirik? İstedadmı çatmır,maddiyatmı?

Sorğuya yalnız bu aktyorlar cavabverdi.

Adalet.az aktyorların cavablarınısizə təqdim edir.


Faiq Mirzəyev


- Deməzdim ki, Azərbaycanda yaxşıfilmlərin çəkilməyi üçün istedadlı aktyorlarımız, yaxud da pul yoxdur. Belə birsual çıxır ortaya. Ki, məgər çəkilən savadsız, mənasız, duzsuz filmlərə pul xərclənmir?Həmin filmlərdə istedadlı aktyorlar da var, Hollivud, Bollivud, İran və Türkfilmlərinə ayrılan pul qədər də olmasa o filmlərə yaxşı pul ayrılır. Buproblemin kökündə başqa səbəblər dayanır. Dünya arenasına çıxmaq üçün məhəlləkütləsinin zövqünə yox, daha bəşəri mətləblərə toxuna biləcək rejissor,senarist lazımdır ki, ətrafına istedadlı aktyorları yığsın və o filmə nə qədərlazımdırsa, o qədər də pul ayrılsın. Belə olsa, filmlərimiz dünya arenasınaçıxacaq. Yoxsa, "3 badam 1 qoz” mövzularla, məhəllə mövzuları ilə, qurşaqdanaşağı söyüşlərlə, yaradıcı heyətdə olan birinin yaşadığı primitiv sevgi macəralarıilə, heyətdəki adamların aralarındakı zarafatlardan əmələ gələn senarilərləalınmayacaq. Dünya qloballaşır, rejissor, senarist sənəti də qloballaşır, onlardünyada nələrin baş verdiyini, dünyanı nələrin maraqlandırdığını bilməlidirlər.

Məsələn, deyirik ki, "Sarı gəlin”i ermənilər oğurladılar. Bəs, yaxşı,bugünə kimi niyə bu mövzuda bir film çəkilməyib? Yaxud da Fransada vəfat etmiş milyonçuMirzə Əsədullayevin qızı, Musa Nağıyevin nəvəsi,mütərəqqi fikirli bir xanım Ümmülbanu (Banin) haqqında bir film çəkilməyib. Bumövzularda film çəkib dünya arenasına rahatca çıxarmaq olar.

Sənan Əlləz


- Azərbaycan filminin hazırki vəziyyuəti məni təbiiki, qane etmir. 2016cı ildən bu tərəfə C.Cabbarlı adına Azərbaycanfilmkinostudiyasında birdənə də film çəkilməyib. Yaradıcı insan kimi, aktyor kimibu məni necə qane edə bilər? Dünya film arenasına çıxmaq üçün menecment vəprodüserlərimiz dəyişməlidir. Prodüsser məktəbi olmayanda çağdaş dövrdə 2 ilfilm çəkş bilmirsən. İstedadsa var, bizdə istedad və istedadlıdan bol heç nıyoxdu. Ümid edirəm hər şey tez bir zamanda öz həllini tapacaq.

Rza Rzayev


-Təkcə istedadımız çatır, qalan hər şeydə geridəyik. Təhsildə,peşəkarlıqda,texniki işçilərdə, texnikada. Ən əsası pulumuz və əhali sayımız azdı. Kino əsasbu iki amillə bağlıdır.

Azər Aydəmir


Kinonun hal-hazırkıvəziyyəti qane edir. Çünki qısa müddətdə özəl film sektorunda inkişaf var vəbunu cavan uşaqlar öz gücünə edir. Bundan tez və dinamik inkişaf zatən mümkündeyil. Dünya film arenasına çıxa bilməməyimizin səbəbi isə madiyyatla əlaqəlideyil. "Vedna iz Bleyr” və "Pila” filmlərinin ilkin büdcələri 50 min dollaridi. Arenaya çıxmamağımızın səbəbi ilk növbədə zövqdür. Kino ilə məşğul olanadamlarımızın bir çoxu zövqsüzdür. Biz öz kinomuzu və stilistikamızıyaratmalıyıq. Nə qədər ki, biz türk kinomatoqrafiyasını təkrarlamağaçalışacağıq, bir o qədər də beynəlxalq arenaya çıxmağımız mümkünsüz olacaq.