adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Iyul 2019 14:22
23741
ELM VƏ TƏHSİL

Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzi sizə gözəl imkanlar təklif edir

Bildiyimizkimi, Azərbaycan Dillər Universiteti özünün keyfiyyətli təhsil proqramı ilə ölkəninseçilən ali məktəbləri sırasındadır. Müasir standartlara cavab verənuniversitet hər zaman dövlətə və dövlətçiliyə sədaqət nümunəsində gənc nəsilyetişdirir. 2018 - ci ilin oktyabr ayından Universitetin nəzdində fəaliyyətə başlayan Dil və Tərcümə XidmətləriMərkəzi də bu istiqamətdə atılan addımlardan biridir mərkəz fəaliyyətəbaşladığı gündən universitetin rektoru akademik Kamal Abdullayev tərəfindən mərkəzinqarşısında önəmli məqsədlər qoyulmuşdur. O məqsədlərdən biri də müəllimlərin yüksək ixtisaslı kadr kimi yetişməsi üçünbeynəlxalq təhsil sistemində ən qabaqcıl təlimləri təşkil etməkdir.

Azərbaycanda ingilis dilini öyrənənlərəvə müəllimlərə dəsdək üçün bir sıra layihələr təşkil edirik. Biz İngilis dili üzrətədris proqramlarımızı təlim sessiyaları vasitəsilə həyata keçiririk. Bunlarınməqsədi tədris alanların və eləcə də müəllimlərin ingilis dili bacarıqlarınıartırmaq, və onlara yeni perspektivləri təklif etməkdir. Bu məqsədlə mərkəzimizdəindiyədək aşağıdakı təlimlər təşkil olunub:

TKT "Teaching Knowledge Test” (TədrisBilik və Bacarıqları üzrə Test) təlimi, akademikyazı və oxu təlimi, APTİS test təlimi, "Peşəkar tərcümənin əsasları” silsiləsindəntəlim, "Diplomatik tərcümə”üzrə təlim və s. Təlimlərdə ümumilikdə 250 iştirakçıolub. Təlimlərin təşkili istiqamətində BakıMühəndislik Universiteti, AzərbaycanDövlət Pedaqoji Universiteti,Turizm Universiteti,Avrasiya Universiteti ilə əməkdaşlıqetmişik. Adları sadalanan universitetlərdən tələbə və müəllimlər mərkəzdə təşkilolunan təlimlərdə fəal iştirak edib və sonda sertifikatlar ilə təltifolunublar.

Bəs bu təlimlərin mahiyyəti nədir? Qeydolunan təlimlərdən sadəcə birini misal olaraq diqqətə çatdıraq.

TKT dil daşıyıcısı olmayan İngilis dilimüəllimləri üçün peşəkar tədris bilik və bacarıqları üzrə test imtahanıdır. Bu,tədris təcrübəsindən asılı olmayaraq bütün müəllimlər üçün ideal bir şansdır.

TKT – (Tədris Bilik və Bacarıqları üzrəTest) aşağıda qeyd olunan şəxslər üçün yaradılmışdır:

Hal-hazırda dərs deyən, lakin beynəlxalqsəviyyədə ixtisaslaşmaq üçün öz təcrübələrini təsdiqlətmək istəyənlər, eynizamanda öz tədris bacarıqlarını artıraraq, karyera imkanlarını genişləndirməkistəyənlər və tədris bacarıqlarını müasir metodlara uyğunlaşdırmaq istəyənlərüçün ideal bir təlimdir.

TKT təliminin imtahanı bir neçəmoduldan ibarətdir. Siz onların hamısını və ya yalnız ehtiyacınıza uyğun olanıseçə bilərsiniz. Sizin modulların zamanını və növünü seçmək, eyni zamanda hərbir modul üçün sertifikat əldə etmək seçiminiz var.

Dil və Tərcümə Xidmətləri Mərkəzi peşəkar insanların öz potensialınıartırmasına və karyera yüksəlişinə nail olmasına şərait yaratmaq məqsədilə müxtəlifpeşəkar və universitetlərdə bir növ tələb qoyulmuş təlimləri, eyni zamandaimtahanları təşkil edir. Beynəlxalq səviyyədə tanınan bu imtahanların nəticəsindəəldə olunan sertifikatlar bəzən şirkət və müəssisələrin yeni və mövcud işçilərüçün qoyduğu qaçılmaz tələb xarakteri alır.

Təlimlər ilə yanaşı, yeni tədris ilindənAzərbaycan Dillər Universitetində ilk dəfə olaraq ADU- nun müəllimlərindən ibarətuniversitetimizin və digər universitetlərin tələbələri üçün magistratura hazırlığınabaşlayacağıq, artıq indidən yüzə yaxın tələbə qeydiyyatdan keçmişdir.

Sonda bütün müəllimlərə, tələbələrəmüraciət edərək bildirmək istərdim ki, öz biliklərinizi daha da artırmaq istəyirsinizsə,Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzi sizə gözəlimkanlar təklif edir. Bunun üçün çox əlverişlişərait mövcuddur və mərkəz müasir təhsilvə tədris standartlarına uyğundur. Bu imkanlardan maksimum yararlanın.

Azərbaycan Dillər Universitetinin dil vətərcümə xidmətləri mərkəzinin direktor əvəzi Elçin Hüseynov