adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Dekabr 2018 10:33
13519
MƏMLƏKƏT

AZƏRBAYCAN DİLİNDƏ SÖYÜŞ YAĞ KİMİ GEDİR

Tələbəvaxtı kirayə qaldığım həyətdə Seryoja adındabir erməni yaşayırdı. Hərdən sərxoş olub arvad-uşağını qatırdı qabağına çırpırdı, həm də çox pis söyüşlərlə söyürdü. Qəribəydi ki, söyəndə azərbaycancasöyürdü. Ev sahibi də elə həyətin ortasında Seryoju söyüşlərə görə hərdən eşşək sudan gəlincə döyərdi, əlindənzorla alardıq.

Birdəfə soruşdum ki, ə, Seryoj, şandığa, öz dilində söy, həyətdəki arvad-uşaq da başa düşməsin də.

Seryoj:

-Sən bilmirsən ey, Azərbaycan dilində söyüşyağ kimi gedir.

İndisosial şəbəkələrdəki söyüşləri, qrant üstədava salanların bir-birlərinə yağdırdıqları söyüşləri, Avropaya sığınıb Azərbaycandakı məmurları, ziyalılarıhədəfə götürənlərin söyüşlərini oxuyanda yadıma həmin Seryoj düşür.

Yerigəlmişkən, yaponlar dünyada yeganə xalqdırlar ki, söyüş nə olduğunu, təhqir nə olduğunubilmirlər. Bilmirlər ki, adama «donuz» demək olar, «eşşək» demək olar, «it oğlu»demək olar, yeddi arxa dönənin dilə gətirmək olar və sair və ilaxır.

Yaponların bircə təhqiramiz ifadəsi var – «mono hito» -«pis adamsan»- deməkdir.

Bilmirəm,gəlib bizdə çalışan yaponlar söyüş öyrənib, yoxsa yox?! Öyrəniblərsə, onlardan patent haqqı ala bilərik.