adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Sentyabr 2014 11:59
3557
SİYASƏT

Azərbaycan deputatları AŞPA müzakirələrinə qatılır

Azərbaycan parlamentariləri  AŞPA-nıntoplantılarında iştirak etmək üçün Fransanın paytaxtı Parisdə səfər ediblər. MilliMəclisdən Adalet.az-a verilən məlumata görə, Beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası ParlamentAssambleyasında nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, deputatlar ElxanSüleymanov və Sabir Hacıyevin də iştirak edəcəyi toplantıda AŞPA-nın Büroiclasında Türkiyə və Makedoniyada prezident seçkilərinin nəticələri, habelə birsıra təşkilati məsələlər müzakirə olunacaq.

Monitorinq komitəsində həmməruzəçilərinbu ilin may ayında Bakıya səfərlərinin yekunları, Monteneqronun Avropa Şurasıqarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Ukraynadakı son hadisələr,Türkiyə, Monako və Makedoniya ilə monitorinq sonrası dialoq barədə məsələlərəbaxılacaq.

Siyasi işlər və demokratiya komitəsinınyığıncağında Avropa Yenidənqurma və İnkişaf Bankının 2013-2014-cü illərdə fəaliyyəti,Qırğız və Mərakeş parlamentlərinin qurumun demokratiya üzrə tərəfdaşları kimi fəaliyyətlərinindəyərləndirilməsi, Belarusda cari durum, millətçilik, ksenofobiya təzahürləriilə mübarizə və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 7-də başa çatacaq.