adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Fevral 2017 16:05
5486
İDMAN

Azərbaycan çempionunun oyununu rusiyalıya tapşırıldı

Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan "Azərreyl”in V turdakı oyununa təyinatlar açıqlanıb. 

Adalet.az saytının məlumatına görə, fevralın 23-də keçiriləcək Türkiyə "Fənərbaxça”sı ilə qarşılaşma beynəlmiləl briqadaya həvalə edilib.

Matçın 1-ci hakimi Rusiya təmsilçisi Aleksandr Pavlov olacaq. Ona yunanıstanlı Epaminondas Qerothoduros kömək edəcək.

Qeyd edək ki, Azərbaycan çempionunun "Azərreyl” Voleybol Mərkəzindəki görüşü saat 18:00-da başlayacaq.