adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Mart 2020 18:17
18552
İDMAN

Azərbaycan çempionatının oyunları azarkeşsiz KEÇİRİLƏCƏK

Azərbaycan Premyer Liqasının növbəti iki turunun oyunları azarkeşsiz keçiriləcək.

Bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

Koronavirusun yayılma təhlükəsini nəzərə alan qurum martın 14-15-də baş tutacaq XXI və martın 21-22-də təşkil olunacaq XXII turun görüşlərinin boş tribunlar önündə keçirilməsini məqsədəuyğun sayıb.

III dövrənin son turu çərçivəsində martın 14-də "Qarabağ” – "Qəbələ” və "Sabah” – "Keşlə”, ertəsi gün "Sumqayıt” – "Səbail” və "Neftçi” – "Zirə” matçları baş tutacaq.

IV dövrə isə martın 21-dəki "Zirə” – "Sumqayıt” və "Səbail” – "Keşlə” qarşılaşmaları ilə başlayacaq. Ertəsi gün "Neftçi” – "Qarabağ” və "Qəbələ” – "Sabah” matçları tamaşaçısız baş tutacaq.

Qeyd edək ki, I divizionun da oyunlar azarkeşsiz olacaq.